https://sputnik.az/20220201/muxalifet-fealiyyeti-haqqinda-qanun-qebul-edilsin---deputat-438726066.html
"Müxalifət fəaliyyəti haqqında" qanun qəbul edilsin - Deputat
"Müxalifət fəaliyyəti haqqında" qanun qəbul edilsin - Deputat
Sputnik Azərbaycan
Parlamentin bugünkü iclasında deputatlar bir sıra təkliflərlə çıxış ediblər. "Sosial şəbəkələr haqqında" qanunun qəbul edilməsi də təklif olunub. 01.02.2022, Sputnik Azərbaycan
2022-02-01T14:33+0400
2022-02-01T14:33+0400
2022-02-01T14:33+0400
deputat
siyasət
qanun
müxalifət
milli məclis
təklif
https://cdnn1.img.sputnik.az/img/42022/13/420221320_0:0:2001:1125_1920x0_80_0_0_900480207b272ff3a1cd8c9676b59cda.jpg
BAKI, 1 fevral — Sputnik. Milli Məclisin plenar iclasında deputatlar bir sıra təkliflər irəli sürüblər.Sputnik Azərbaycan xəbər verir ki, deputat Fazil Mustafa "Müxalifət fəaliyyəti haqqında" qanunun qəbul edilməli olduğunu deyib. O bildirib ki, Azərbaycanda müxalifətin fəaliyyəti dəqiq müəyyən edilməyib: "Bu qanunun qəbul edilməsi çox vacibdir. Biz bununla bağlı təklifləri hazırlayıb təqdim etmişik".Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, "Siyasi partiyalar haqqında" yeni qanunun qəbuluna ehtiyac var: "Mövcud qanun siyasi həyatı tam əhatə etmir. Partiyaların qeydiyyatı, maliyyələşməsi, seçki qərargahlarının yaradılması məsələsi yeni qanunda əksini tapıb. Əhalinin də sayı artıb, bu da nəzərə alınmalıdır. Hazırda siyasi partiya bir məhəllədən 100 səs toplayıb, qeydiyyatdan keçə bilər. Digər tərəfdən, partiyalara ianələrin köçürülməsi onlayn qaydada həyata keçirilməlidir. Bilinsin ki, partiyalara kim pul köçürür. Xaricdə partiyaların tərəfdarlarının sayı köçürülən pulla ölçülür".Deputat Elman Nəsirov isə "Sosial şəbəkələr haqqında" qanunun qəbul edilməsini təklif edib. Deputat deyib ki, sosial şəbəkələrdə söyüş baş alıb gedir: "Belə insanları məhkəməyə verməkdən də çəkinirsən ki, yeni qondarma siyasi məhbus icad edəcəklər".E.Nəsirov əlavə edib ki, "Siyasi partiyalar haqqında" yeni qanunun qəbuluna da ehtiyac var.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42022/13/420221320_111:0:1884:1330_1920x0_80_0_0_00acae016bf6597cbeeab04cea9c1ac2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
siyasi partiyalar və müxalifət haqqında qanunun qəbulu təklif olunur
siyasi partiyalar və müxalifət haqqında qanunun qəbulu təklif olunur
"Müxalifət fəaliyyəti haqqında" qanun qəbul edilsin - Deputat
Parlamentin bugünkü iclasında deputatlar bir sıra təkliflərlə çıxış ediblər. "Sosial şəbəkələr haqqında" qanunun qəbul edilməsi də təklif olunub.
BAKI, 1 fevral — Sputnik. Milli Məclisin plenar iclasında deputatlar bir sıra təkliflər irəli sürüblər.
Sputnik Azərbaycan xəbər verir ki, deputat Fazil Mustafa "Müxalifət fəaliyyəti haqqında" qanunun qəbul edilməli olduğunu deyib. O bildirib ki, Azərbaycanda müxalifətin fəaliyyəti dəqiq müəyyən edilməyib: "Bu qanunun qəbul edilməsi çox vacibdir. Biz bununla bağlı təklifləri hazırlayıb təqdim etmişik".
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, "Siyasi partiyalar haqqında" yeni qanunun qəbuluna ehtiyac var: "Mövcud qanun siyasi həyatı tam əhatə etmir. Partiyaların qeydiyyatı, maliyyələşməsi, seçki qərargahlarının yaradılması məsələsi yeni qanunda əksini tapıb. Əhalinin də sayı artıb, bu da nəzərə alınmalıdır. Hazırda siyasi partiya bir məhəllədən 100 səs toplayıb, qeydiyyatdan keçə bilər. Digər tərəfdən, partiyalara ianələrin köçürülməsi onlayn qaydada həyata keçirilməlidir. Bilinsin ki, partiyalara kim pul köçürür. Xaricdə partiyaların tərəfdarlarının sayı köçürülən pulla ölçülür".
Deputat Elman Nəsirov isə "Sosial şəbəkələr haqqında" qanunun qəbul edilməsini təklif edib. Deputat deyib ki, sosial şəbəkələrdə söyüş baş alıb gedir: "Belə insanları məhkəməyə verməkdən də çəkinirsən ki, yeni qondarma siyasi məhbus icad edəcəklər".
E.Nəsirov əlavə edib ki, "Siyasi partiyalar haqqında" yeni qanunun qəbuluna da ehtiyac var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.