https://sputnik.az/20220201/musa-quliyev-coxmenzilli-binalarda-xidmet-tarifleri-deqiqlesmelidir-438731255.html
Musa Quliyev: Çoxmənzilli binalarda xidmət tarifləri dəqiqləşməlidir
Musa Quliyev: Çoxmənzilli binalarda xidmət tarifləri dəqiqləşməlidir
Sputnik Azərbaycan
Bəzi binalarda xidmət haqqı 1 kvadratmetrə görə 30 qəpikdən 1 manatadək, bəzən isə 1 manatdan çox olur.
2022-02-01T16:35+0400
2022-02-01T16:35+0400
2022-02-01T16:35+0400
musa quliyev
cəmiyyət
xidmət
tarif
https://cdnn1.img.sputnik.az/img/41328/62/413286282_0:0:2001:1125_1920x0_80_0_0_f16ca156dc0f40870abcb3355b8de15b.jpg
BAKI, 1 fevral — Sputnik. Azərbaycanda çoxmənzilli binaların saxlanması və xidmət tarifləri dəqiqləşməlidir.Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.Millət vəkili qeyd edib ki, bəzi binalarda xidmət haqqı 1 kvadratmetrə görə 30 qəpikdən 1 manata qədər, bəzən isə 1 manatdan yuxarı olur: "Bu tariflərin nəyin əsasında müəyyən edildiyi məlum deyil. Qanunvericilikdə bu məsələyə aydınlıq gətirilməlidir. Tariflərin müəyyən edilməsinin normaları təyin edilməlidir və xidmətin keyfiyyəti yoxlanılmalıdır".Deputat mənzil istismar sahələrinin funksiyalarının genişləndirilməsini və onların bələdiyyələrin tərkibinə verilməsini də təklif edib.Rəqabət, Büdcə və Bank məcəllələrinin qəbulu təklif edilibParlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli isə çıxış edərək Rəqabət, Büdcə və Bank məcəllələrinin qəbulunu təklif edib: “Bir il ərzində həmin sənədləri qəbul etsək, bu, qarşıdakı illərdə neftdən asılılığın azaldılması, dayanıqlı inkişafın təmin edilməsi üçün dayanıqlı qanunvericilik bazasının formalaşdırılmasını təmin edəcək. Yeni dövr bir aydan sonra neftin qiymətinin necə olacağını proqnozlaşdırmağa imkan vermir. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi də yeni bir sənəd hazırlayıb və bu sənəd də parlamentin müvafiq qurumları ilə müzakirə olunacaq”.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41328/62/413286282_146:0:1853:1280_1920x0_80_0_0_7dc7868d7f2dc922e2f50c006db20520.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
çoxmənzilli binalarda xidmət tarifləri dəqiqləşməlidir - deputat
çoxmənzilli binalarda xidmət tarifləri dəqiqləşməlidir - deputat
Musa Quliyev: Çoxmənzilli binalarda xidmət tarifləri dəqiqləşməlidir
Bəzi binalarda xidmət haqqı 1 kvadratmetrə görə 30 qəpikdən 1 manatadək, bəzən isə 1 manatdan çox olur. Bu tariflərin nəyin əsasında müəyyən edildiyi məlum deyil
BAKI, 1 fevral — Sputnik. Azərbaycanda çoxmənzilli binaların saxlanması və xidmət tarifləri dəqiqləşməlidir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.
Millət vəkili qeyd edib ki, bəzi binalarda xidmət haqqı 1 kvadratmetrə görə 30 qəpikdən 1 manata qədər, bəzən isə 1 manatdan yuxarı olur: "Bu tariflərin nəyin əsasında müəyyən edildiyi məlum deyil. Qanunvericilikdə bu məsələyə aydınlıq gətirilməlidir. Tariflərin müəyyən edilməsinin normaları təyin edilməlidir və xidmətin keyfiyyəti yoxlanılmalıdır".
Deputat mənzil istismar sahələrinin funksiyalarının genişləndirilməsini və onların bələdiyyələrin tərkibinə verilməsini də təklif edib.
Rəqabət, Büdcə və Bank məcəllələrinin qəbulu təklif edilib
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli isə çıxış edərək Rəqabət, Büdcə və Bank məcəllələrinin qəbulunu təklif edib: “Bir il ərzində həmin sənədləri qəbul etsək, bu, qarşıdakı illərdə neftdən asılılığın azaldılması, dayanıqlı inkişafın təmin edilməsi üçün dayanıqlı qanunvericilik bazasının formalaşdırılmasını təmin edəcək. Yeni dövr bir aydan sonra neftin qiymətinin necə olacağını proqnozlaşdırmağa imkan vermir. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi də yeni bir sənəd hazırlayıb və bu sənəd də parlamentin müvafiq qurumları ilə müzakirə olunacaq”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.