Məşhur eşq hekayəsinin flamenko ilə təcəssümü FOTOlarda
Bakıda "Romeo və Cülyetta əfsanəsi" flamenko tamaşası nümayiş olunub.

Tamaşa Vilyam Şekspirin klassik əsəri əsasında hazırlanıb.

Şekspirin ehtiraslı eşq hekəyəsinin flamenko dili ilə ifadəsi.

Əsrlər boyu davam edən nifrətə və ölümə qalib gələn yasaq sevgi hekayəsi bu dəfə tamaşaçılara flamenko rəqsinin prizmasından nümayiş etdirilib.

İspaniya milli rəqs teatrı "Flamenco Live"-in aktyor-rəqqasları Heydər Əliyev Sarayının səhnəsində "Romeo və Cülyetta əfsanəsi" musiqili flamenko tamaşasını təqdim ediblər.

Vokalistlərin köhnə şərab kimi qarsan səsi insanı əsərin qəhrəmanlarının hisslərini bütün qəlbi ilə duymağa vadar edir.

Döşəməyə dəyən daban zərbələri iki sevən ürəyin döyüntülərinə bənzəyir.

Gitaranın ürək parçalayan səsi sanki sevgililərə yas tutaraq onların valideynlərinin kədərinə şərik çıxır.

Tamaşaçıların gözü qarşısında hər şeyə və hamıya rəğmən alovlanan əbədi sevgi hekayəsi başlayır.

Flamenkonun mənşəyi Mavritaniya musiqi mədəniyyətinə qədər gedib çıxır.

Qaraçı musiqisi də bu üsluba əhəmiyyətli dərəcədə təsir göstərib - çoxları bu fikirdədir ki, flamenkonun özəyini xüsusilə ispan qaraçılarının üslubu təşkil edir.

XV əsrdə qaraçılar dağılmaqda olan Bizansdan İspaniyaya üz tutaraq ölkənin cənub sahillərindəki Əndəlus əyalətində məskunlaşdılar; öz adətlərinə uyğun olaraq, qaraçılar mavritan, yəhudi və ispan yerli musiqi ənənələrini mənimsəyərək onlara yeni məna və məzmun qatdılar.

Uzun müddət flamenko "qapalı sənət" hesab olunub, çünki qaraçılar təcrid olunmuş qrup kimi yaşayırdılar. Odur ki, flamenko dar çərçivədə formalaşıb. Ancaq XVIII əsrin sonlarından etibarən qaraçıların təqib olunması dayandığından flamenko da azadlıq qazanıb. Flamenkonun improvizasiya xarakteri, mürəkkəb ritm və spesifik ifa texnikası çox vaxt onun melodiyalarının dəqiq şəkildə nota köçürülməsinə mane olur.

Ona görə də həm gitaraçının, həm rəqqasların, həm də müğənninin sənəti, əsasən ustaddan tələbəyə ötürülür.