Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bu gün Azərbaycanda hərrac keçirilib

© AFP 2023 / STRAvtomobil, arxiv şəkli
Avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) "Elektron hərrac" bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
BAKI, 1 fevral — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib.
Sputnik Azərbaycan-ın nazirliyə istinadən verdiyi məlumata görə, özəlləşdirilən nəqliyyat vasitələrinə ümumilikdə 75 sifariş verilib. Sifarişlərin çox olması isə hərracı rəqabətli edib.
Belə ki, buraxılış tarixi 2008-ci il olan "Nissan Urvan" markalı nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 6 500 manat olmasına baxmayaraq, avtomobilin son qiyməti 12 200 manata yüksəlib. Həmçinin, ilkin start qiyməti 10 500 manat olan "Toyota Camry" markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 15.850 manata özəlləşdirilib.
Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 164.900 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: https://bit.ly/3Gk3BRN
Növbəti hərraclar 15 və 22 fevral tarixlərində keçiriləcək. Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) "Elektron hərrac" bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
Xəbər lenti
0