https://sputnik.az/20220201/azerbaycanlilar-en-cox-hansi-neqliyyat-vasitelerinden-istifade-edirler-438716796.html
Azərbaycanlılar ən çox hansı nəqliyyat vasitələrindən istifadə edirlər?
Azərbaycanlılar ən çox hansı nəqliyyat vasitələrindən istifadə edirlər?
Sputnik Azərbaycan
Azərbaycanda əhalinin ən çox hansı nəqliyyat vasitəsindən istifadə etdiyi məlum olub. 01.02.2022, Sputnik Azərbaycan
2022-02-01T11:42+0400
2022-02-01T11:42+0400
2022-02-01T11:42+0400
azərbaycan
azərbaycan xəbərləri
nəqliyyat
nəqliyyat vasitəsi
azərbaycanlılar
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438029622_0:94:1731:1069_1920x0_80_0_0_c439388f06575a918aee3e2b51715906.jpg
BAKI, 1 fevral — Sputnik. 2021-ci ildə Azərbaycanda nəqliyyatçılar 1 milyard 214,2 milyon sərnişinə xidmət göstəriblər.Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, sərnişinlərin 92,2 faizi avtomobil nəqliyyatı, 7,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 119,9 milyon sərnişin daşınıb və əvvəlki illə müqayisədə müvafiq olaraq yük daşınmasında 0,9 faiz, sərnişin daşınmasında 1,8 faiz artım qeydə alınıb.Sərnişinlərin 92,2 faizi avtobus, 7,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.Həmçinin Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın ümumi parklanma üzrə Baş Planını hazırlayıb. BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimlinin sözlərinə görə, həmin plana uyğun olaraq əhalinin yerləşdiyi, işlədiyi və gecə qaldığı əsas işlək küçələrə uyğun şəkildə tariflər müəyyənləşdirilib: "Həmin tariflər hökumətə təqdim olunub və hazırda araşdırma mərhələsindədir".Ən çox hansı nəqliyyat vasitələrindən istifadə edirsiniz?Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438029622_192:0:1731:1154_1920x0_80_0_0_2d927e0ca80ae9fa96eaf715fad34810.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan əhalisi ən çox hansı nəqliyyatdan istifadə edir sorğu
azərbaycan əhalisi ən çox hansı nəqliyyatdan istifadə edir sorğu
Azərbaycanlılar ən çox hansı nəqliyyat vasitələrindən istifadə edirlər?
Azərbaycanda əhalinin ən çox hansı nəqliyyat vasitəsindən istifadə etdiyi məlum olub.
BAKI, 1 fevral — Sputnik. 2021-ci ildə Azərbaycanda nəqliyyatçılar 1 milyard 214,2 milyon sərnişinə xidmət göstəriblər.
Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, sərnişinlərin 92,2 faizi avtomobil nəqliyyatı, 7,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 119,9 milyon sərnişin daşınıb və əvvəlki illə müqayisədə müvafiq olaraq yük daşınmasında 0,9 faiz, sərnişin daşınmasında 1,8 faiz artım qeydə alınıb.
Sərnişinlərin 92,2 faizi avtobus, 7,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Həmçinin Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın ümumi parklanma üzrə Baş Planını hazırlayıb. BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimlinin sözlərinə görə, həmin plana uyğun olaraq əhalinin yerləşdiyi, işlədiyi və gecə qaldığı əsas işlək küçələrə uyğun şəkildə tariflər müəyyənləşdirilib: "Həmin tariflər hökumətə təqdim olunub və hazırda araşdırma mərhələsindədir".
Ən çox hansı nəqliyyat vasitələrindən istifadə edirsiniz?
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.