SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident ÇXR-in Sədrini təbrik edib

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджана Ильхам Алиев и Председатель Китайской Народной Республики Си Цзиньпин, фото из архива
Президент Азербайджана Ильхам Алиев и Председатель Китайской Народной Республики Си Цзиньпин, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.01.2022
Abunə olmaq
BAKI, 31 yanvar - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpini və onun simasında Çin xalqını Yeni ilin gəlişini simvolizə edən Bahar bayramı münasibətilə təbrik edib.
Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı dərin tarixi kökləri olan Çin xalqının zəngin milli-mənəvi irsini özündə bariz şəkildə ifadə edən bu bayramın dost ölkəyə əmin-amanlıq, firavanlıq, bol ruzi-bərəkət bəxş etməsini arzulayıb.
Təbrik məktubunda deyilir:

“Azərbaycan ilə Çin arasında dostluq münasibətlərinin bugünkü səviyyəsi və dinamikası böyük məmnunluq doğurur. Əminəm ki, ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, enerji, sənaye və digər sahələrdə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcəkdir”.

Azərbaycan Prezidenti, həmçinin Pekin Qış Olimpiya Oyunlarının keçirilməsində Çin Xalq Respublikasına uğurlar arzulayıb, bu beynəlxalq yarışların möhtəşəm idman bayramına çevriləcəyinə inamını ifadə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Prezident: "İrəvanda faşist Njdenin abidəsi bu günə qədər sökülməyib”
İlham Əliyev: Biz öz Vətənimiz uğrunda canımızdan keçməyə hazırıq
İlham Əliyevin Gəncə şəhərinə səfərinin təfərrüatları
Xəbər lenti
0