https://sputnik.az/20220131/mehemmed-emin-resulzadenin-anim-gunudur-438681319.html
Böyük öndər Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Böyük öndər Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Sputnik Azərbaycan
Bu gün Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 138 il ötür 31.01.2022, Sputnik Azərbaycan
2022-01-31T10:42+0400
2022-01-31T10:42+0400
2022-01-31T17:18+0400
məhəmməd əmin rəsulzadə
azərbaycan xəbərləri
tarixdə bu gün
axc
https://cdnn1.img.sputnik.az/img/42334/22/423342261_0:0:1280:721_1920x0_80_0_0_b63b5afd3368ca2fe50f8f2d9cdefd53.jpg
BAKI, 31 yanvar — Sputnik. 31 yanvar Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşlı M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il, yanvar ayının 31-də Bakının Novxanı kəndində anadan olub. İlk təhsilini Sultan Məcid Qənizadənin 2 saylı rus-tatar (rus-Azərbaycan) məktəbində almış, Bakı texniki məktəbini bitirib. Gənc yaşlarından inqilabi hərəkata qoşulub, "Müsəlman Gənclik Təşkilatı" adlı gənc azərbaycanlı inqilabçılar dərnəyi yaratmış və ona başçılıq etmişdir (1902-03). Təşkilat mətbəə üsulu ilə intibahnamələr çap edib əhali arasında yayıb. 1904-cü ildə o, Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsi nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" qrupunun yaradılmasında iştirak edib. Bu dövrdə mətbuatda ("Şərqi-Rus", "Hümmət", "Təkamül" və s.) dərc olunmuş yazılarında xalqa söz, mətbuat, vicdan, cəmiyyət və ittifaqlar yaratmaq azadlıqları verilməsi, vətəndaşların əmlakının və canlarının toxunulmazlığının təmin olunması tələbləri ilə çıxış edir, xalqı maariflənməyə çağırır, Rusiyanın Azərbaycanda yeritdyi milli qırğın siyasətini kəskin tənqid edirdi.1905-1907-ci illər rus inqilabının gedişində və bundan sonra Azərbaycanda yaranan milli oyanış, Əlimərdan bəy Topçubaşov, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və başqalarının çar Rusiyasının milli ayrı-seçkilik siyasətinə qarşı mübarizəsi, getdikcə genişlənməkdə olan "türkləşmək, islamlaşmaq və müasirləşmək" ("türk qanlı, islam imanlı, Avropa qiyafətli") məfkurəsi Rəsulzadənin milli-siyasi görüşlərinin formalaşmasına güclü təsir göstərmişdir. 1906-07-ci illərdə "Təkamül"də, həmçinin başqa qəzetlərdə millətlərə, tayfalara, siniflərə, insanlara (fərdlərə) hüquq bərabərliyi və azadlıq tələb edən yazılarla çıxış etmiş və zaman keçdikcə bu siyasi tələbləri "insanlara hürriyyət, millətlərə istiqlal!" çağırışı kimi formalaşdırıb. 1905-07-ci illər inqilabının məğlub olmasından sonra Rusiyada təqiblərin artdığı şəraitdə Rəsulzadə İrana mühacirət etdi. Rəsulzadə 1908-11-ci illər İran inqilabında, Cənubi Azərbaycanda milli-demokratik oyanışda fəal iştirak edib, Səttarxan və Bağırxanla görüşmüşdü. Bu müddətdə o, Tehranda Avropa tipli ilk gündəlik "İrane-nou" ("Yeni İran") qəzetini dərc edib (1910-11-ci illər). Həmin dövrdə o, Seyid Həsən Tağızadə ilə birlikdə İran Demokrat Partiyasını yaratmış və onun Mərkəzi Komitəsinə üzv seçilmişdir. İran inqilabı yatırıldıqdan (1911) sonra Rəsulzadə S.H.Tağızadə ilə birlikdə Türkiyəyə mühacirət edib. Burada Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu ilə sıx əməkdaşlıq etmiş, "Türk ocağı" təşkilatına daxil olub, "Türk yurdu" jurnalında Cənubi Azərbaycan türklərinə həsr olunmuş məqalələrində onların milli-siyasi hüquqlarını müdafiə etmişdir. Rəsulzadə, eyni zamanda, bu dövrdə türkçülük ideyaları ilə daha dərindən tanış olur, böyük Azərbaycan mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin "Vəhdəti cinsiyyə fəlsəfəsi"nə ("Milli Birlik fəlsəfəsi"nə) yiyələnir, onu farscadan türkcəyə çevirib "Türk yurdu"nda çap etdirir.1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42334/22/423342261_0:0:1280:960_1920x0_80_0_0_de2b3ebbe8c108eb6003585355bd08cd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhəmməd əmin rəsulzadə, tarixdə bu gün , axc
məhəmməd əmin rəsulzadə, tarixdə bu gün , axc
Böyük öndər Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
10:42 31.01.2022 (Yenilənib: 17:18 31.01.2022) Bu gün Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 138 il ötür
BAKI, 31 yanvar — Sputnik. 31 yanvar Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşlı M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il, yanvar ayının 31-də Bakının Novxanı kəndində anadan olub. İlk təhsilini Sultan Məcid Qənizadənin 2 saylı rus-tatar (rus-Azərbaycan) məktəbində almış, Bakı texniki məktəbini bitirib. Gənc yaşlarından inqilabi hərəkata qoşulub, "Müsəlman Gənclik Təşkilatı" adlı gənc azərbaycanlı inqilabçılar dərnəyi yaratmış və ona başçılıq etmişdir (1902-03). Təşkilat mətbəə üsulu ilə intibahnamələr çap edib əhali arasında yayıb. 1904-cü ildə o, Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsi nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" qrupunun yaradılmasında iştirak edib. Bu dövrdə mətbuatda ("Şərqi-Rus", "Hümmət", "Təkamül" və s.) dərc olunmuş yazılarında xalqa söz, mətbuat, vicdan, cəmiyyət və ittifaqlar yaratmaq azadlıqları verilməsi, vətəndaşların əmlakının və canlarının toxunulmazlığının təmin olunması tələbləri ilə çıxış edir, xalqı maariflənməyə çağırır, Rusiyanın Azərbaycanda yeritdyi milli qırğın siyasətini kəskin tənqid edirdi.
1905-1907-ci illər rus inqilabının gedişində və bundan sonra Azərbaycanda yaranan milli oyanış, Əlimərdan bəy Topçubaşov, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və başqalarının çar Rusiyasının milli ayrı-seçkilik siyasətinə qarşı mübarizəsi, getdikcə genişlənməkdə olan "türkləşmək, islamlaşmaq və müasirləşmək" ("türk qanlı, islam imanlı, Avropa qiyafətli") məfkurəsi Rəsulzadənin milli-siyasi görüşlərinin formalaşmasına güclü təsir göstərmişdir. 1906-07-ci illərdə "Təkamül"də, həmçinin başqa qəzetlərdə millətlərə, tayfalara, siniflərə, insanlara (fərdlərə) hüquq bərabərliyi və azadlıq tələb edən yazılarla çıxış etmiş və zaman keçdikcə bu siyasi tələbləri "insanlara hürriyyət, millətlərə istiqlal!" çağırışı kimi formalaşdırıb. 1905-07-ci illər inqilabının məğlub olmasından sonra Rusiyada təqiblərin artdığı şəraitdə Rəsulzadə İrana mühacirət etdi. Rəsulzadə 1908-11-ci illər İran inqilabında, Cənubi Azərbaycanda milli-demokratik oyanışda fəal iştirak edib, Səttarxan və Bağırxanla görüşmüşdü. Bu müddətdə o, Tehranda Avropa tipli ilk gündəlik "İrane-nou" ("Yeni İran") qəzetini dərc edib (1910-11-ci illər). Həmin dövrdə o, Seyid Həsən Tağızadə ilə birlikdə İran Demokrat Partiyasını yaratmış və onun Mərkəzi Komitəsinə üzv seçilmişdir.
İran inqilabı yatırıldıqdan (1911) sonra Rəsulzadə S.H.Tağızadə ilə birlikdə Türkiyəyə mühacirət edib. Burada Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu ilə sıx əməkdaşlıq etmiş, "Türk ocağı" təşkilatına daxil olub, "Türk yurdu" jurnalında Cənubi Azərbaycan türklərinə həsr olunmuş məqalələrində onların milli-siyasi hüquqlarını müdafiə etmişdir. Rəsulzadə, eyni zamanda, bu dövrdə türkçülük ideyaları ilə daha dərindən tanış olur, böyük Azərbaycan mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin "Vəhdəti cinsiyyə fəlsəfəsi"nə ("Milli Birlik fəlsəfəsi"nə) yiyələnir, onu farscadan türkcəyə çevirib "Türk yurdu"nda çap etdirir.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.
1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.
Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.