CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlbir olmayaraq 500 nəfər bir-biri ilə, korrupsiya törətdilər tədbir ilə

© Sputnik / Murad OrujovKorrupsioner
Korrupsioner - Sputnik Azərbaycan, 1920, 31.01.2022
Abunə olmaq
Ötən il korrupsiyaya yol vermiş 466 şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib
BAKI, 31 yanvar — Sputnik. 2021-ci il ərzində korrupsiya hüquqpozmasına yol vermiş 466 şəxs barəsində cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, 2021-ci il ərzində korrupsiya hüquqpozmasına yol vermiş 466 şəxs barəsində cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecin Məktəbəqədər və sosial iş şöbəsinin müdiri vəzifəsində çalışmış Gülnarə İsgəndərovanın qanunsuz hərəkətləri barədə cinayət işi açılıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən verilən məlumata görə, müəyyən olunub ki, Gülnarə İsgəndərova 2017-ci ildə müvafiq vəzifəyə təyin edilib işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Tibb Universitetinin bir neçə əməkdaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə ümumilikdə 21 nəfərdən Azərbaycan Dövlət Tibb Universitetində müxtəlif yardımçı vəzifələrə düzəltmək adı ilə 126 500 manat məbləği ələ keçirərək vətəndaşlara qarşı dələduzluq edərək rüşvət verməyə təhrik edib, vətəndaşların universitetdə müxtəlif vəzifələrə işə düzəlmələrinə dair Azərbaycan Tibb Universiteti adından saxta əmrlər hazırlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0