https://sputnik.az/20220131/coxlu-sayda-insani-aldatmis-sirket-rehberlerinin-mehkemesi-baslayib-438692900.html
Çoxlu sayda insanı aldatmış şirkət rəhbərlərinin məhkəməsi başlayıb
Çoxlu sayda insanı aldatmış şirkət rəhbərlərinin məhkəməsi başlayıb
Sputnik Azərbaycan
Rəsulov direktor vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənzilləri... 31.01.2022, Sputnik Azərbaycan
2022-01-31T14:32+0400
2022-01-31T14:32+0400
2022-01-31T14:32+0400
bakı
cəmiyyət
məhkəmə
şirkət
tikinti
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1d/427075278_0:203:3175:1988_1920x0_80_0_0_ac5b046d81455b190d8d872b212655b1.jpg
BAKI, 31 yanvar — Sputnik. Bakıda dələduzluqda təqsirləndirilən "Konstra" MTK-nin təsisçisi Bəsrət Abbaslı, şirkətin direktoru Dilafir Rəsulov və əməkdaşları - Bəsrət Abbaslı ilə Tahir Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.Məhkəmənin baxış iclası fevralın 4-nə təyin edilib.Qeyd edək ki, B.Abbaslı Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin sabiq müdiri Bəhram Abbaslının oğludur. Məlumata görə, D.Rəsulovun "Konstra" MTK-nin direktor vəzifəsində işləyərkən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.Bununla bağlı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində barəsində Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda )və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.2021-ci ilin aprel ayında D.Rəsulovun Rusiyanın Tula şəhərində olması müəyyən edilib. Daha sonra o, Daxili İşlər Nazirliyinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.Cinayət işində 100-dən çox zərərçəkmiş var.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1d/427075278_79:0:2810:2048_1920x0_80_0_0_85baaa39bd84cba6fc45bccf64c772bb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, məhkəmə, şirkət, tikinti
bakı, məhkəmə, şirkət, tikinti
Çoxlu sayda insanı aldatmış şirkət rəhbərlərinin məhkəməsi başlayıb
Rəsulov direktor vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib
BAKI, 31 yanvar — Sputnik. Bakıda dələduzluqda təqsirləndirilən "Konstra" MTK-nin təsisçisi Bəsrət Abbaslı, şirkətin direktoru Dilafir Rəsulov və əməkdaşları - Bəsrət Abbaslı ilə Tahir Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası fevralın 4-nə təyin edilib.
Qeyd edək ki, B.Abbaslı Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin sabiq müdiri Bəhram Abbaslının oğludur. Məlumata görə, D.Rəsulovun "Konstra" MTK-nin direktor vəzifəsində işləyərkən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bununla bağlı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində barəsində Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda )və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.
2021-ci ilin aprel ayında D.Rəsulovun Rusiyanın Tula şəhərində olması müəyyən edilib. Daha sonra o, Daxili İşlər Nazirliyinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.
Cinayət işində 100-dən çox zərərçəkmiş var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.