https://sputnik.az/20220131/bmtm-sedri-qaydisla-bagli-sorgunun-neticelerinde-faizler-cox-yuksekdir-438681813.html
BMTM sədri: “Qaydışla bağlı sorğunun nəticələrində faizlər çox yüksəkdir”
BMTM sədri: “Qaydışla bağlı sorğunun nəticələrində faizlər çox yüksəkdir”
Sputnik Azərbaycan
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdindəki... 31.01.2022, Sputnik Azərbaycan
2022-01-31T11:46+0400
2022-01-31T11:46+0400
2022-01-31T13:36+0400
qərb
ada universiteti
işğaldan azad edilmiş ərazilər
qarabağ
https://cdnn1.img.sputnik.az/img/42257/39/422573993_0:0:1200:676_1920x0_80_0_0_15a81b6106a7061fbbf8edd4d490145b.jpg
BAKI, 31 yanvar — Sputnik. “Mən Qərb mətbuatında oxumuşam ki, guya məcburi köçkünlər azad edilmiş ərazilərə qayıtmaq istəmirlər. Bu, çox yalnış məlumatdır”.“Report”un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.“ADA universiteti bu məsələ ilə bağlı sorğular keçirib. Qaydışla bağlı sorğunun nəticələrində faizlər çox yüksəkdir”, - o bildirib.Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdindəki İdarələrarası Mərkəzin “Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu” yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır.Sputnik Azərbaycan məlumat verir ki, həmin araşdırmalardan biri də ADA Universitetində aparılan “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat işidir. Bu tədqiqat çərçivəsində bir neçə sosioloji sorğu keçiriləcək.ADA Universitetində fəaliyyət göstərən tədqiqat qrupunun üzvü, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Xətai Alıyev bildirir ki, belə bir tədqiqatın aparılması bir neçə cəhətdən əhəmiyyətlidir:“Makro baxımdan əhəmiyyəti ondan ibarətdir ki, dövlətin bərpa prosesi çərçivəsində ayıracağı resursların effektiv istifadə yolları öyrəniləcək. Təbii ki, digər önəmli məqam qayıdacaq məcburi köçkünlərin rəyinin nəzərə alınması və ən optimal çərçivədə dövlət resurslarının sərf edilməsi araşdırılacaq”.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Ekspert: “Məcburi köçkünlər onlayn sorğuda təkliflərini yaza bilərlər”
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42257/39/422573993_126:0:1081:716_1920x0_80_0_0_133f7b7d6ff7d02dbd56d3f5a5348cc4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qərb, ada universiteti, işğaldan azad edilmiş ərazilər
qərb, ada universiteti, işğaldan azad edilmiş ərazilər
BMTM sədri: “Qaydışla bağlı sorğunun nəticələrində faizlər çox yüksəkdir”
11:46 31.01.2022 (Yenilənib: 13:36 31.01.2022) “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdindəki İdarələrarası Mərkəzin “Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu” araşdırmalar aparır.
BAKI, 31 yanvar — Sputnik. “Mən Qərb mətbuatında oxumuşam ki, guya məcburi köçkünlər azad edilmiş ərazilərə qayıtmaq istəmirlər. Bu, çox yalnış məlumatdır”.
“Report”un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.
“ADA universiteti bu məsələ ilə bağlı sorğular keçirib. Qaydışla bağlı sorğunun nəticələrində faizlər çox yüksəkdir”, - o bildirib.
Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdindəki İdarələrarası Mərkəzin “Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu” yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır.
Sputnik Azərbaycan məlumat verir ki, həmin araşdırmalardan biri də ADA Universitetində aparılan “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat işidir. Bu tədqiqat çərçivəsində bir neçə sosioloji sorğu keçiriləcək.
ADA Universitetində fəaliyyət göstərən tədqiqat qrupunun üzvü, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Xətai Alıyev bildirir ki, belə bir tədqiqatın aparılması bir neçə cəhətdən əhəmiyyətlidir:
“Makro baxımdan əhəmiyyəti ondan ibarətdir ki, dövlətin bərpa prosesi çərçivəsində ayıracağı resursların effektiv istifadə yolları öyrəniləcək. Təbii ki, digər önəmli məqam qayıdacaq məcburi köçkünlərin rəyinin nəzərə alınması və ən optimal çərçivədə dövlət resurslarının sərf edilməsi araşdırılacaq”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.