CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Məcburi köçkünlər onlayn sorğuda təkliflərini yaza bilərlər”

© Sputnikİqtisad elmləri üzrə fəlsəfə doktoru, UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru Xətai Alıyev
İqtisad elmləri üzrə fəlsəfə doktoru, UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru Xətai Alıyev - Sputnik Azərbaycan, 1920, 25.02.2021
Abunə olmaq
ADA Universitetində fəaliyyət göstərən tədqiqat qrupunun üzvü, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Xətai Alıyev deyir ki, tədqiqatlar iki istiqamətdə aparılacaq
Xətai Alıyev: “Dövlət resurslarının effektiv istifadə yolları öyrəniləcək”

Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdindəki İdarələrarası Mərkəzin “Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu” yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır.

Sputnik Azərbaycan məlumat verir ki, həmin araşdırmalardan biri də ADA Universitetində aparılan “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat işidir. Bu tədqiqat çərçivəsində bir neçə sosioloji sorğu keçiriləcək.

ADA Universitetində fəaliyyət göstərən tədqiqat qrupunun üzvü, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Xətai Alıyev bildirir ki, belə bir tədqiqatın aparılması bir neçə cəhətdən əhəmiyyətlidir:

“Makro baxımdan əhəmiyyəti ondan ibarətdir ki, dövlətin bərpa prosesi çərçivəsində ayıracağı resursların effektiv istifadə yolları öyrəniləcək. Təbii ki, digər önəmli məqam qayıdacaq məcburi köçkünlərin rəyinin nəzərə alınması və ən optimal çərçivədə dövlət resurslarının sərf edilməsi araşdırılacaq”.

Xətai Alıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0