https://sputnik.az/20220131/azerbaycanin-qoydugu-sertler-rusiya-ve-turkiye-terefinden-desteklenir---politoloq--438698935.html
Azərbaycanın qoyduğu şərtlər Rusiya və Türkiyə tərəfindən dəstəklənir - Politoloq
Azərbaycanın qoyduğu şərtlər Rusiya və Türkiyə tərəfindən dəstəklənir - Politoloq
Sputnik Azərbaycan
Prezident İlham Əliyevin son açıqlamaları Azərbaycanın 2020-ci ilin 10 noyabr bəyanatına birtərəfli qaydada əməl etdiyini göstərir
2022-01-31T20:02+0400
2022-01-31T20:02+0400
2022-01-31T20:02+0400
ermənistan
təhlil
bəyanat
politoloq
millət vəkili
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438681942_0:176:3017:1873_1920x0_80_0_0_79fc2c5ca0846ac1e36b355492f9064d.jpg
BAKI, 31 yanvar — Sputnik. "Bu gün Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı praktiki məsələləri həll edib. Eyni zamanda Vətən Müharibəsindən sonrakı dövrdə aparılan geniş infrasturktur quruculuğu işləri Azərbaycanın regional sülhə və təhlükəsizliyə verdiyi önəmi göstərir". Bunu Sputnik Azərbaycan-a açıqlamasında STM-in baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib.Xatırladaq ki, Prezident İlham Əliyev "Rossiya 24" telekanalında yayımlanan "Hakimiyyət formulu" verilişində Azərbaycan ərazisində bütün nəqliyyat-kommunikasiya layihələri praktiki olaraq başa çatdırıldığını, nəqliyyat-logistika infrastrukturunun yaradılmasının tamamlandığını və daşımanı çoxaltmaq və tranzit imkanlarını artırmaq üçün Azərbaycanın tərəfdaşlarla, qonşularla işlədiyini bildirmişdi.Politoloqun sözlərinə görə, Azərbaycan dəfələrlərlə regionda nəqliyyat infrastrukturunun bərpasına öz sadiqliyini ifadə edib:"Azərbayacan tərəfi imza atdığı bəyanatların müddəalarını yerinə yetirməyə hazırdır. Təəssüf ki, Ermənistan aldığı ağır məğlubiyyətdən hələ dərs çıxarmayıb. Xüsusən də qərb dairələrindən aldığı direktivlərlə bölgədə sülh quruculuğu prosesini sabotaj etməyə çalışır".Tural İsmayılov bildirib ki, Ermənistan tərəfi Soçi və Brüsseldə keçirilmiş görüşlərdə əldə olunmuş razılıqlardan boyun qaçırmağa çalışır və bu da prosesin ləngiməsinə səbəb olur:"Bu gün regionda önəmli layihələrin reallaşdırılması palnalaşdırılır. Bu layihələr bütün regionu əhatə edir"."Azərbaycanın qalib ölkə kimi diktə etdiyi şərtlər var və bunlar Rusiya və Türkiyə tərəfindən də dəstəklənir. Proseslərin yubanması region üçün müsbət proqnozların özünü doğrultmamasına səbəb ola bilər. Bu gün Ermənistan özünün ağır iqtisadi, siyasi dövrünü yaşayır. Mövcud vəziyyət onları reallıqları qəbul etməyə vadar edir. Ancaq Ermənistan siyasətindəki qeyri-sabit mühit porsesləri yubadır", – deyə politoloq bildirib.Millət vəkili Elşad Mirbəşiroğlu isə qeyd edib ki, Prezident İlham Əliyevin son açıqlamaları Azərbaycanın 2020-ci ilin 10 noyabr bəyanatına birtərəfli qaydada əməl etdiyini göstərir:"Azərbaycan bütün müstəvilərdə öz imzasına hörmətlə yanaşır. Prezidentin Rusiya televiziyasının efirindən səsləndirdiyi fikirlər həm də Rusiyaya mesaj kimi dəyərləndirilə bilər".Millət vəkili deyib ki, Rusiya ilə Azərbaycanın mövqeyi uzlaşır:"Rusiya prezidenti də birgə bəyanatın şərtlərinə əməl olunmasının vacibliyini hər zaman vurğulayıb. Son vaxtlar Ermənistan rəhbərliyi Azərbaycan və Rusiyanın yaratdığı vəziyyətin təsiri altında birgə bəyanatın şərtlərinə yaxın mövqe sərgiləməkdədir".Elşad Mirbəşiroğlunun fikrincə, Ermənistan imzalanmış sənədlər fonunda hər hansı addım atmır:"Bunun üçün Rusiyanın Ermənistana kifayət qədər təsir imkanları mövcuddur. Cənab Prezident bununla bağlı hardasa Rusiya tərəfinə subliminal mesaj ötürmüş oldu. Azərbaycan üzərinə düşən addımları atır və yekun sülh sazişini imzalamağa hazırdır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Prezident: "İrəvanda faşist Njdenin abidəsi bu günə qədər sökülməyib”İlham Əliyev: Biz öz Vətənimiz uğrunda canımızdan keçməyə hazırıq
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438681942_143:0:2874:2048_1920x0_80_0_0_c6b9f8403e49674dd38821795be20c41.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycanın qoyduğu şərtlər rusiya və türkiyə tərəfindən dəstəklənir - politoloq
azərbaycanın qoyduğu şərtlər rusiya və türkiyə tərəfindən dəstəklənir - politoloq
Azərbaycanın qoyduğu şərtlər Rusiya və Türkiyə tərəfindən dəstəklənir - Politoloq
Politoloq deyib ki, proseslərin yubanması region üçün müsbət proqnozların özünü doğrultmamasına səbəb ola bilər.
BAKI, 31 yanvar — Sputnik. "Bu gün Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı praktiki məsələləri həll edib. Eyni zamanda Vətən Müharibəsindən sonrakı dövrdə aparılan geniş infrasturktur quruculuğu işləri Azərbaycanın regional sülhə və təhlükəsizliyə verdiyi önəmi göstərir". Bunu
Sputnik Azərbaycan-a açıqlamasında
STM-in baş məsləhətçisi, politoloq
Tural İsmayılov deyib.
Xatırladaq ki, Prezident İlham Əliyev "Rossiya 24" telekanalında yayımlanan "Hakimiyyət formulu" verilişində Azərbaycan ərazisində bütün nəqliyyat-kommunikasiya layihələri praktiki olaraq başa çatdırıldığını, nəqliyyat-logistika infrastrukturunun yaradılmasının tamamlandığını və daşımanı çoxaltmaq və tranzit imkanlarını artırmaq üçün Azərbaycanın tərəfdaşlarla, qonşularla işlədiyini bildirmişdi.
Politoloqun sözlərinə görə, Azərbaycan dəfələrlərlə regionda nəqliyyat infrastrukturunun bərpasına öz sadiqliyini ifadə edib:
"Azərbayacan tərəfi imza atdığı bəyanatların müddəalarını yerinə yetirməyə hazırdır. Təəssüf ki, Ermənistan aldığı ağır məğlubiyyətdən hələ dərs çıxarmayıb. Xüsusən də qərb dairələrindən aldığı direktivlərlə bölgədə sülh quruculuğu prosesini sabotaj etməyə çalışır".
Tural İsmayılov bildirib ki, Ermənistan tərəfi Soçi və Brüsseldə keçirilmiş görüşlərdə əldə olunmuş razılıqlardan boyun qaçırmağa çalışır və bu da prosesin ləngiməsinə səbəb olur:
"Bu gün regionda önəmli layihələrin reallaşdırılması palnalaşdırılır. Bu layihələr bütün regionu əhatə edir".
"Azərbaycanın qalib ölkə kimi diktə etdiyi şərtlər var və bunlar Rusiya və Türkiyə tərəfindən də dəstəklənir. Proseslərin yubanması region üçün müsbət proqnozların özünü doğrultmamasına səbəb ola bilər. Bu gün Ermənistan özünün ağır iqtisadi, siyasi dövrünü yaşayır. Mövcud vəziyyət onları reallıqları qəbul etməyə vadar edir. Ancaq Ermənistan siyasətindəki qeyri-sabit mühit porsesləri yubadır", – deyə politoloq bildirib.
Millət vəkili Elşad Mirbəşiroğlu isə qeyd edib ki, Prezident İlham Əliyevin son açıqlamaları Azərbaycanın 2020-ci ilin 10 noyabr bəyanatına birtərəfli qaydada əməl etdiyini göstərir:
"Azərbaycan bütün müstəvilərdə öz imzasına hörmətlə yanaşır. Prezidentin Rusiya televiziyasının efirindən səsləndirdiyi fikirlər həm də Rusiyaya mesaj kimi dəyərləndirilə bilər".
Millət vəkili deyib ki, Rusiya ilə Azərbaycanın mövqeyi uzlaşır:
"Rusiya prezidenti də birgə bəyanatın şərtlərinə əməl olunmasının vacibliyini hər zaman vurğulayıb. Son vaxtlar Ermənistan rəhbərliyi Azərbaycan və Rusiyanın yaratdığı vəziyyətin təsiri altında birgə bəyanatın şərtlərinə yaxın mövqe sərgiləməkdədir".
Elşad Mirbəşiroğlunun fikrincə, Ermənistan imzalanmış sənədlər fonunda hər hansı addım atmır:
"Bunun üçün Rusiyanın Ermənistana kifayət qədər təsir imkanları mövcuddur. Cənab Prezident bununla bağlı hardasa Rusiya tərəfinə subliminal mesaj ötürmüş oldu. Azərbaycan üzərinə düşən addımları atır və yekun sülh sazişini imzalamağa hazırdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin. İlham Əliyev: Biz öz Vətənimiz uğrunda canımızdan keçməyə hazırıq