Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan nefti ötən həftə 1 faizdən çox bahalaşıb

© Sputnik / Boris Babanov / Mediabanka keçidThe prices of West Texas Intermediate (WTI), the US oil benchmark, and Brent crude, the global oil benchmark, hit record lows not seen since April 2009 on Tuesday.
The prices of West Texas Intermediate (WTI), the US oil benchmark, and Brent crude, the global oil benchmark, hit record lows not seen since April 2009 on Tuesday. - Sputnik Azərbaycan, 1920, 31.01.2022
Abunə olmaq
Ötən həftə dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 92,386 ABŞ dollarına bərabər olub
BAKI, 31 yanvar — Sputnik. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin aprel müqaviləsinin dəyəri 1,07% artaraq 1 barelə görə 89,47 dollar təşkil edib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Azərbaycan nefti isə ötən həftə 1 faizdən çox bahalaşıb. Belə ki, ötən həftə dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 92,386 ABŞ dollarına bərabər olub. Bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,95 dollar və ya 1,04% çoxdeməkdir.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti yanvarın 21-də (92,89) qeydə alınıb. Ötən il Azərbaycan neftinin ən yüksək göstərici 88,19, ən minimal göstərici isə 50,92 dollar olub.
Keçən il magistral kəmərlərlə 35 milyon 18 min ton neft nəql edilib. Nəqletmənin 75,5 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və il ərzində bu kəmər vasitəsilə 26 milyon 421,5 min ton neft ötürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0