CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeronda güclü külək əsəcək

© Sputnik / Rahim MammadovMingəçevirədə küləyin fəsadları
Mingəçevirədə küləyin fəsadları - Sputnik Azərbaycan, 1920, 31.01.2022
Abunə olmaq
Yanvarın 31-i axşam cənub-qərb küləyinin fevralın 1-i gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir
BAKI, 31 yanvar — Sputnik. Bu gün axşam saatlarında Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, cənub-qərb küləyinin fevralın 1-i gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında:
Yanvarın 31-i axşam saatlaırnda cənub-qərb küləyinin fevralın 1-i gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, havanın temperaturu gecə 2-4° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütununda 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 2-7° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Bakıdan Rusiyanın daha bir şəhərinə uçuşlar başlayır
Fevralın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb
Xəbər lenti
0