Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

“İttifaq qətiyyəti” təlimləri Rusiya və Belarusun daxili işidir - KTMT

© Sputnik / Olga Smolskaya / Mediabanka keçidВоенные учения ВС России, фото из архива
Военные учения ВС России, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.01.2022
Abunə olmaq
Qeyd edək ki, Birlik Dövlətinin qüvvələrinin yoxlanılması iki mərhələdə baş verəcək.
BAKI, 30 yanvar - Sputnik. Rusiya və Belarusun birgə “İttifaq qətiyyəti” təlimləri bu ölkələrin daxili işidir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.
Qeyd edək ki, Birlik Dövlətinin qüvvələrinin yoxlanılması iki mərhələdə baş verəcək. Birinci mərhələdə (fevralın 9-dək) ​​Belarus ərazisində qoşun qruplaşmaları yenidən yerləşdiriləcək və yaradılacaq.
İkinci mərhələdə isə (fevralın 10-dan 20-dək) ​​“İttifaq qətiyyəti-2022” birgə təlimləri keçiriləcə. Bu təlimlər çərçivəsində xarici təcavüzün qarşısının alınması və dəf edilməsi, habelə terrorçuluğa qarşı mübarizə və İttifaq Dövlətinin maraqlarının müdafiəsi tapşırıqları yerinə yetiriləcək.
© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidStanislav Zas
Генеральный секретарь Организации Договора о коллективной безопасности (ОДКБ) Станислав Зась - Sputnik Azərbaycan, 1920, 30.01.2022
Stanislav Zas

"Belarus ərazisində indi başlayacaq təlimlər sırf müdafiə xarakteri daşıyır. Verilən hər hansı qiymətləndirməyə diqqət yetirməyə dəyərmi? Əlbəttə, bu, Belarus və Rusiyanın daxili işidir. bu təlimlər öz ərazilərində keçirilir”, - deyə Zas STV kanalında yayımlanan açıqlamasında bildirib.

Onun fikrincə, təlimlər çərçivəsində “səslənən ehtiyatlılıq və qorxular” nəzərə alınmalı, təlimlər çərçivəsində aşkarlıq əlavə edilməlidir.
"Bururun, baxın, bu bizim planımız, bu da iştirakçılar. Bu, inamı artıracaq və bəlkə də bəzi narahatlıqları aradan qaldıracaq", - deyə Zas əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Lavrov Rusiyanın NATO və ABŞ-dan tələblərini açıqladı
Rusiya müharibə istəmir - Patruşev
Rusiya-Ukrayna görüşü Bakıda keçirilə bilər
Xəbər lenti
0