Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət etdi

© Photo : ASANAzərbaycan hərbçisi, arxiv şəkli
Azərbaycan hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.01.2022
Abunə olmaq
Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub.
BAKI, 30 yanvar — Sputnik. Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən bildirilib:

"Hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməməyi tövsiyə edirik".

Xatırladaq ki, son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 268 yeni yoluxma faktı qeydə alınıb, 1 486 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 651 341 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 622 672 nəfər müalicə olunaraq sağalıb, 8 700 nəfər vəfat edib. 19 969 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 091, bu günə qədər isə ümumilikdə 6 134 952 test icra olunub.
"Vətəndaşlarımızdan ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırırıq", - deyə nazirlikdən qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Müdafiə Nazirliyi Kəlbəcərdə itkin düşən zabiti axtarır
Xəbər lenti
0