DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Britaniyanın Baş naziri Ukraynaya gəlib Putinlə danışacaq

© AP Photo / Matt DunhamBöyük Britaniyanın Baş naziri Boris Conson
Böyük Britaniyanın Baş naziri Boris Conson  - Sputnik Azərbaycan, 1920, 30.01.2022
Abunə olmaq
Böyük Britaniyanın Baş naziri "qan tökülməsinin qarşısını almaq üçün cilovlamanı gücləndirməkdə qərarlıdır".
BAKI, 30 yanvar - Sputnik. Böyük Britaniyanın Baş naziri Boris Conson gələn həftə Ukraynaya gəlməyi, eləcə də Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmağı planlaşdırır.
Sputnik Azərbaycan bildirir ki, bu barədə The Guardian yazır.
Güman edilir ki, britaniyalı nazir Kiyevlə Moskva arasında artan gərginliyə görə "diplomatik səyləri tezləşdirməyə" çalışacaq.
Hökumətdəki mənbələrin verdiyi məlumata görə, Böyük Britaniyanın Baş naziri "qan tökülməsinin qarşısını almaq üçün cilovlamanı gücləndirməkdə qərarlıdır".
Ukrayna bölgəsinə səfər bu ölkə ətrafında yaranan gərginlik fonunda gerçəkləşdiriləcək.
"Prezident Putinlə danışanda Rusiyanın geri çəkilərək diplomatik təmaslara başlamasının vacibliyini bir daha təkrar edəcək", - nəşrin həmsöhbəti deyib.
Consonla Putin arasında danışıqların rəsmi vaxtı isə hələ açıqlanmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0