https://sputnik.az/20220129/zeif-olan-sagirdler-risk-qrupundadir---ekspert-438595866.html
Zəif olan şagirdlər risk qrupundadır - EKSPERT
Zəif olan şagirdlər risk qrupundadır - EKSPERT
Sputnik Azərbaycan
11 illik təhsil icbari olsa, uşaqların yeniyetmə yaşlarda zərərli vərdişlərə düçar olmasının, risklərin qarşısını almış olarıq. Bu həm də erkən nikahlarla bağlı rəqəmlərə təsir etmiş olar.
2022-01-29T09:00+0400
2022-01-29T09:00+0400
2022-01-29T09:00+0400
şagird
təhsil
vərdiş
qrup
risk
zərər
nəticə
https://cdnn1.img.sputnik.az/img/07e4/09/08/424876394_0:0:3071:1728_1920x0_80_0_0_fdef881d714ece4257f0e6ff664e0457.jpg
BAKI, 29 yanvar — Sputnik. Bakıda şagirdlərin yerdəyişməsi aparılıb. Paytaxtda sıxlıq olduğundan, yer olmadığından bir çox hallarda sorğulara imtina verilir. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov deyib.O bildirir ki, təhsillə bağlı digər problem məktəb direktorlarının statistik rəqəm arxasınca qaçmasıdır:"Çünki onlardan da bu rəqəmləri tələb edirlər. Çalışırlar ki, ümumi orta təhsil səviyyəsində zəif oxuyan şagirdlər tam orta təhsil səviyyəsinə keçməsinlər. Əks halda, həmin zəif şagirdlərin sayı məktəbin ümumi göstəriciləri və buraxılış imtahanının nəticələrinə mənfi təsir etmiş olacaq. Əslində, zəif şagirdlərlə bağlı qeyd etdiyim fikir yanlışdır. 12 illik təhsili gözləyirik, burada icbari təhsil 10 il olmalıdır".Ekspert deyir ki, zəif şagirdlərin tam orta təhsil səviyyəsinə keçirilməməsi ilə həmin zəif şagirdlərə qarşı haqsızlıq etmiş oluruq:E.Qafarov deyir ki, 15 yaşında təhsildən yayınan belə zəif şagirdlər risk qrupuna daxildir, rayonlarda onlar erkən nikaha daxil olurlar:"Şəhər yerlərində yaşayan belə zəif şagirdlərin valideynləri bir çox hallarda işlədiyi üçün onlar nəzarətsiz qalır, risklər yaranır. Yaranan vəziyyət nəticələri zəif olan şagirdlərin zərərli vərdişlərə aludə olmasına səbəb olur. Ümumiyyətlə, icbari təhsilin ümumi təhsili əhatə etməsinin tərəfdarıyam. 11 illik təhsil icbari olsa, uşaqların yeniyetmə yaşlarda zərərli vərdişlərə düçar olmasının, risklərin qarşısını almış olarıq. Bu həm də erkən nikahlarla bağlı rəqəmlərə təsir etmiş olar".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Müəllimə bir töhmət, valideynə iki: bu yükü hər kəs boynuna götürməlidirEy töhmətli müəllim!Səs yazısını yayan müəllim: "Direktor qarşıma şərt qoydu" - VİDEO/FOTO
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/08/424876394_0:0:2729:2047_1920x0_80_0_0_57f09757b3c3c9a9e29196c86f8ef05f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəif olan şagirdlər risk qrupundadır - ekspert
zəif olan şagirdlər risk qrupundadır - ekspert
Zəif olan şagirdlər risk qrupundadır - EKSPERT
Şəhər yerlərində yaşayan belə zəif şagirdlərin valideynləri bir çox hallarda işlədiyi üçün onlar nəzarətsiz qalır, risklər yaranır.
BAKI, 29 yanvar — Sputnik. Bakıda şagirdlərin yerdəyişməsi aparılıb. Paytaxtda sıxlıq olduğundan, yer olmadığından bir çox hallarda sorğulara imtina verilir. Bu sözləri
Sputnik Azərbaycan-a açıqlamasında təhsil üzrə ekspert
Elşən Qafarov deyib.
O bildirir ki, təhsillə bağlı digər problem məktəb direktorlarının statistik rəqəm arxasınca qaçmasıdır:
"Çünki onlardan da bu rəqəmləri tələb edirlər. Çalışırlar ki, ümumi orta təhsil səviyyəsində zəif oxuyan şagirdlər tam orta təhsil səviyyəsinə keçməsinlər. Əks halda, həmin zəif şagirdlərin sayı məktəbin ümumi göstəriciləri və buraxılış imtahanının nəticələrinə mənfi təsir etmiş olacaq. Əslində, zəif şagirdlərlə bağlı qeyd etdiyim fikir yanlışdır. 12 illik təhsili gözləyirik, burada icbari təhsil 10 il olmalıdır".
Ekspert deyir ki, zəif şagirdlərin tam orta təhsil səviyyəsinə keçirilməməsi ilə həmin zəif şagirdlərə qarşı haqsızlıq etmiş oluruq:
"Peşə təhsili ilə bağlı təbliğatı doğru qurmalıyıq ki, belə zəif şagirdlər peşə təhsili, orta ixtisas təhsili müəssisələrinə getsinlər. Yaxud, onların tam orta təhsil səviyyəsində təhsil almasına şərait yaratmalıyıq. Məktəb təhsillə yanaşı eyni zamanda tərbiyə müəssisəsidir, şagirdin sosiallaşması üçün məkandır".
E.Qafarov deyir ki, 15 yaşında təhsildən yayınan belə zəif şagirdlər risk qrupuna daxildir, rayonlarda onlar erkən nikaha daxil olurlar:
"Şəhər yerlərində yaşayan belə zəif şagirdlərin valideynləri bir çox hallarda işlədiyi üçün onlar nəzarətsiz qalır, risklər yaranır. Yaranan vəziyyət nəticələri zəif olan şagirdlərin zərərli vərdişlərə aludə olmasına səbəb olur. Ümumiyyətlə, icbari təhsilin ümumi təhsili əhatə etməsinin tərəfdarıyam. 11 illik təhsil icbari olsa, uşaqların yeniyetmə yaşlarda zərərli vərdişlərə düçar olmasının, risklərin qarşısını almış olarıq. Bu həm də erkən nikahlarla bağlı rəqəmlərə təsir etmiş olar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.