DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

UNICEF: "Dünya üzrə bütün məktəblər açıq saxlanılmalıdır"

© AP Photo / Hermann J. Knippertz Логотип и надпись гуманитарной организации ЮНИСЕФ, фото из архива
 Логотип и надпись гуманитарной организации ЮНИСЕФ, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.01.2022
Abunə olmaq
Fond əmindir ki, məktəblərin istənilən davamlı bağlanması təhsil sahəsində itkiləri daha da artıracaq və ən neqativ şəkildə uşaqların psixoloji vəziyyətinə təsir edəcək
BAKI, 29 yanvar — Sputnik. COVID-19 virusunun, xüsusilə də onun Omikron ştammının sürətli yayılmasına baxmayaraq, dünya üzrə bütün məktəblər açıq saxlanılmalıdır. Sputnik Azərbaycan Azərtac-a istinadla xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) təhsil sahəsində böhranın labüd nəticələri ilə bağlı xəbərdarlıq edərək bildirib.
"COVID-19-un Omikron variantı dünyada yayılmaqda davam etməkdədir, bu vəziyyətdə biz hökumətləri uşaqların təhsil prosesinin fasiləsiz olması üçün əllərindən gələni etməyə çağırırıq", – deyə BMT-nin Uşaq Fondunun (UNICEF) rəhbəri Henriyetta For bildirib. O vurğulayıb ki, təhsil sahəsində böhrandan çıxmaq üçün uşaqları əyani təhsilə qaytarmaq lazımdır. Bunun üçün: məktəbləri açıq saxlamaq; müəllimləri və digər məktəb personalını vaksinasiya ilə təmin etmək; imkan daxilində şagirdləri peyvənd etmək lazımdır, lakin vaksinasiya onların məktəblərə qayıtmağının məcburi şərti olmamalıdır.
"Biz UNICEF olaraq vaksinlər mövcud olduğu yerlərdə uşaqların vaksinasiyası zərurətini dəstəkləyirik. Lakin biz vaksinasiyanın əyani təhsilin məcburi şərti olmasının əleyhinəyik", – deyə Henriyetta For bildirib. O əlavə edib ki, əyani təhsilə qayıdış zamanı uşaqların məcburi vaksinasiyası tələbi qeyri-bərabərliyin artmasına gətirəcək, çünki bu gün hər kəs vaksinlərə çıxışa malik deyil.
"ÜST-ün tövsiyələrinə uyğun olaraq UNICEF məktəbləri açıq saxlamağa və COVID-19-la mübarizə ilə bağlı ölkələrin strategiyalarının peyvənd olunmayanlar da daxil olmaqla, bütün uşaqların və yeniyetmələrin təhsildə və ictimai həyatın digər sahələrində iştirakına kömək etmələrini təmin etməyə çağırır", – bəyanatda deyilir.
Fond əmindir ki, məktəblərin istənilən davamlı bağlanması təhsil sahəsində itkiləri daha da artıracaq və ən neqativ şəkildə uşaqların psixoloji vəziyyətinə təsir edəcək.
Bu gün təxminən 616 milyon uşaq və yeniyetmə məktəblərin tam və ya qismən bağlanması səbəbindən bu və ya digər dərəcədə əziyyət çəkir. Mart ayında COVID-19 səbəbindən qlobal təhsil sistemində fasilələrin baş verməsi anından iki il keçəcək, bu da dünya üzrə milyonlarla uşağın əsas biliklərdən məhrum olmalarına gətirib çıxardır.
UNICEF-in məlumatlarına görə, təhsildə fasilələr üzündən gəliri aşağı və orta səviyyədə olan ölkələrdə on yaşlı uşaqların 70 faizinə qədəri üzdən oxuya bilmir və ya sadə mətni anlaya bilmir. Pandemiyadan əvvəl bu göstərici 53 faiz təşkil edirdi.
ABŞ-da təhsil sahəsində itkilər Texas, Kaliforniya, Kolorado, Tennessi, Şimali Karolina, Oqayo, Virciniya və Merilend də daxil olmaqla, bir çox ştatlarda müşahidə olunur. Məsələn, 2021-ci ildə Texasda üçüncü sinif şagirdlərinin üçdə ikisi 2019-cu ildə uşaqların yarısı ilə müqayisədə riyaziyyat üzrə lazımi səviyyədən aşağı nəticələr göstəriblər.
Məktəblərin bağlanması uşaqların ruhi sağlamlığına da təsir edib. Tibb işçiləri qeyd edirlər ki, COVID-19 uşaqlar və gənclər arasında narahatçılıq və depressiya hallarının artmasına səbəb olub. Üstəlik, yoxsul ölkələrdən və yoxsul ailələrdən olan 370 milyondan çox şagird pulsuz məktəb naharından məhrum olmuşdu.
UNICEF təhsil sahəsində itkilərin miqyasının "praktiki olaraq qarşısı alınmayan" xarakter daşıdığından ehtiyat edir, dünya üzrə hər yerdə təcili olaraq məktəbləri açmağa və uşaqların təhlükəsiz əyani təhsilini təmin etməyə çağırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0