Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Təhsil şöbəsindən yayılan görüntülərlə bağlı açıqlama: "Videodakı iddia əsassızdır"

© Sputnik / Ilham MustafayevMəktəblilər, arxiv şəkli
Məktəblilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.01.2022
Abunə olmaq
Məktəbəqədər hazırlıq qrupunda yerin olmaması və şagirdlərin məktəbin dəhlizində gözləməsi barədə video yayılıb.
BAKI, 29 yanvar — Sputnik. Samux Rayon Təhsil Şöbəsi rayonun Çobanabdallı kəndindəki məktəbdə dərslərin keçirilməməsi ilə bağlı yayılan videoya münasibət bildirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, şöbədən bildirilib ki, Çobanabdallı kəndində 624 yerlik təzə məktəbin istifadəyə verilməsinə baxmayaraq, məktəbəqədər hazırlıq qrupunda yerin olmaması ilə bağlı yayılan videomaterialda qeyd olunan iddialar əsassızdır:
"Videoda səsləndirilən iddia əsassızdır. Məktəbdə iki məktəbəqədər hazırlıq qrupu var".
Qeyd edək ki, Samux rayonunun Çobanabdallı kəndində 624 yerlik təzə məktəbin istifadəyə verilməsinə baxmayaraq, məktəbəqədər hazırlıq qrupunda yerin olmaması və şagirdlərin məktəbin dəhlizində gözləməsi barədə videogörüntü yayımlanmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Səs yazısını yayan müəllim: "Direktor qarşıma şərt qoydu" - VİDEO/FOTO
* Ey töhmətli müəllim!
* Müəllimə bir töhmət, valideynə iki: bu yükü hər kəs boynuna götürməlidir
* Yeni qaydalar məktəbdaxili münasibətləri tənzimləyəcəkmi?
Xəbər lenti
0