Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Tank ilə həmlə: diversiya qrupu belə zərərsizləşdirilir - VİDEO

© AR Ministry of DefenceHərbi təlim toplanışına cəlb edilən hərbi vəzifəlilər praktiki atışlar yerinə yetiriblər
Hərbi təlim toplanışına cəlb edilən hərbi vəzifəlilər praktiki atışlar yerinə yetiriblər - Sputnik Azərbaycan, 1920, 29.01.2022
Abunə olmaq
Hərbi vəzifəlilərin cəlb olunması ilə N nömrəli hərbi hissədə keçirilən təlimdən görüntüləri Azərbaycan Müdafiə Nazirliyi yayıb.
BAKI, 29 yanvar - Sputnik. Ehtiyatda olan bir qrup hərbi vəzifəli tank bölmələri ilə birlikdə şərti düşmənin mövqelərinin ələ keçirilməsi və diversiya qrupunun zərərsizləşdirilməsini məşq edib.
Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə N nömrəli hərbi hissədə keçirilən təlimdən görüntüləri Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, toplanışlar artıq başa çatıb. Toplanışın əsas məqsədi Vətən müharibəsində əldə edilən təcrübələr nəzərə alınmaqla hərbi vəzifəlilərin döyüş vərdişlərini və hərbi ixtisas biliklərini təkmilləşdirməklə yanaşı, Ordumuzun arsenalındakı müasir silah və hərbi texnikalar ilə yaxından tanış etmək, istismar qaydalarını, döyüş tətbiqi üsullarını öyrətməkdir.
Toplanışa cəlb olunan hərbi vəzifəlilər müxtəlif çaplı atıcı silahlardan praktiki atəş çalışmalarını yerinə yetiriblər.
İştirakçılara hücum və müdafiə döyüşlərinin əsasları, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə əməliyyatların aparılması üsulları öyrədilib. Tank bölmələri ilə birgə şərti düşmən mövqelərinin ələ keçirilməsi və ərazidə yenidən tərtiblənmə üzrə tapşırıqları yerinə yetiriblər.
Təlim-məşqlərin senarisinə uyğun olaraq yaşayış məntəqələrində axtarış və aşkar olunan kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi üzrə döyüş tapşırıqları da icra olunub.
Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
Toplanış konsert proqramı ilə başa çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0