CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN şəhidin adına protokol göndərilməsi məsələsinə aydınlıq gətirib - FOTO

© AR Ministry of Internal AffairsDİN-nin binası
DİN-nin binası - Sputnik Azərbaycan, 1920, 29.01.2022
Abunə olmaq
DİN-dən vurğulanıb ki, məsələni siyasiləşdirmək cəhdi ənənəvi davranışdır.
BAKI, 29 yanvar — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşılan müxtəlif məzmunlu fikirlərə münasibət bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib: "52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib. Həmin etibarnamə avtomobilin sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik onun adına tərtib edillib.
Bu məsələni siyasiləşdirmək cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır. Onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0