NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Bulqarqaz" rəhbərliyi istefaya getdi: nəyə görə Azərbaycanın adı hallanır?

© Sputnik / Ilya PitalevMəmur portfeli
Məmur portfeli - Sputnik Azərbaycan, 1920, 29.01.2022
Abunə olmaq
Şirkət rəhbərliyi Azərbaycandan vaxtında, səmərəli şərtlərlə qaz tədarükü edilmədiyi üçün tənqid olunub.
BAKI, 29 yanvar – Sputnik. Bolqarıstan Energetika Holdinqi (BEH) cümə axşamı “Bulqarqaz” şirkətinin direktorlar şurasının bütün üzvlərini – Nikolay Pavlov, Svetoslav Delçev, Diana Boneva, İliyan Dukov, Nikolay Donçevi vəzifələrindən azad edib.
Şənbə günü Bolqar milli radiosunun yaydığı məlumata görə, şirkətin yeni direktoru Lyudmil Yotsov, direktorlar şurasının sədri isə İvan Topçiyski təyin olunub.
“Bi-ti-vi” telekanalına müsahibəsində Energetika naziri Aleksandr Nikolov deyib ki, “Bulqarqaz”ın direktorlar şurasının dəyişilməsi barədə qərar BEH-in keçirdiyi araşdırma nəticəsinə görə verilib.
“Bir neçə həftə əvvəl BEH “Bulqarqaz” şirkətində yoxlamalara başladı, əldə olunan məlumatlar, o cümlədən yanacaq qiyməti ilə bağlı hazırkı situasiyadakı fəaliyyət nəzərə alınaraq bu qərar verildi”, - Nikolov deyib.
O, şirkətin böhran vəziyyətində rasional davrandığına şübhə etdiyini söyləyib.

“Bulqarqaz” və Azərbaycan qazı

Bolqarıstanda “Bulqarqaz” şirkətinin rəhbərliyi vaxtında və səmərəli şəkildə Azərbaycandan təbii qazın tədarük olunmamasına görə tənqid edilir. Şirkəti eləcə də Azərbaycandan qaz idxalına dair sazişin detalları barədə məlumatın sızdırılmasında günahlandırırlar.
Bundan öncə məlum olmuşdu ki, Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) 2022-ci il iyunun 30-dək istismara verilməsə, o zaman Azərbaycan “Bulqarqaz”dan buna görə cərimənin ödənilməsini tələb edə bilər.
Bu minvalla Azərbaycan “Bulqarqaz”ın müqavilə imzalanan zaman ölkəyə təqdim etdiyi bank zəmanətindən yararlanaraq ayda onlarla milyon dollar kompensasiya ala bilər, şirkətdən deyilib.
Yanvarın 6-da ölkə parlamentində çıxış edən Energetika naziri Aleksandr Nikolov söyləyib ki, IGB interkonnektorunun tikintisinin gecikməsi səbəbindən Bolqarıstan gündə 750 min avro itirir, il ərzində isə ölkə 250 milyon avrodan da çox itirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0