https://sputnik.az/20220129/azerbaycanin-en-yaxsi-sesi-indi-odur---vdeo-438640780.html
Azərbaycanın ən yaxşı səsi indi odur - VİDEO
Azərbaycanın ən yaxşı səsi indi odur - VİDEO
Sputnik Azərbaycan
Yarışın qalibi "Azərbaycanın səsi" heykəlciyi və 25 min manat pul mükafatının sahibi olub. 29.01.2022, Sputnik Azərbaycan
2022-01-29T12:16+0400
2022-01-29T12:16+0400
2022-01-29T12:16+0400
mədəniyyət
səs
müğənni
"səs azərbaycan"
video-çarx
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438635079_0:0:1440:810_1920x0_80_0_0_b65024fe31393166481843c2e8297756.jpg
BAKI, 29 yanvar — Sputnik. Şənbə gecəsi "Səs Azərbaycan" vokal müsabiqəsinin böyük finalı baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, Xalq artisti Brilliant Dadaşova Emil Tağıyev, Xalq artisti Tünzalə Ağayeva Hidayət Əliyev, müğənni Eldar Qasımov Nadir Rüstəmli və Murad Arif Leyla İzzətova ilə birincilik uğrunda birgə yarışıblar.Dörd ustad tərəfindən seçilən ifaçılar canlı yayımda qalib olmaq üçün mübarizə aparıblar.Müsabiqənin qalibi isə səs çoxluğu ilə Eldarın komandasında yarışan Nadir Rüstəmli olub. O, "Azərbaycanın səsi" heykəlciyi və 25 min manat pul mükafatının sahibi olub.Məlumat üçün bildirək ki, N.Rüstəmli Azərbaycan Turizm və Menecment Universitetinin məzunudur. O, müğənniliklə yanaşı, şəxsi bizneslə məşğuldur. Nadir 2019-cu ildə "Youthvision" beynəlxalq tələbə mahnı müsabiqəsində Azərbaycanı təmsil edib.Nadirin ifa etdiyi mahnını ilk dəfə 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə oxuyublar. Azərbaycanı "Eurovision-2008" beynəlxalq mahnı müsabiqəsində təmsil etdiyi "Day After Day" (azərb. Günbəgün) mahnısının musiqisi Gövhər Həsənzadəyə, sözlər isə Zəhra Bədəlbəyliyə məxsusdur.Qeyd edək ki, "The Voice of Azerbaijan" müsabiqəsi ölkəmizdə ilk dəfə 2015-ci ildə həyata keçirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438635079_6:0:1286:960_1920x0_80_0_0_2f2e4be5c840bf7f5401f80ed1280e81.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"səs azərbaycan" yarışının qalibi nadir oldu video
"səs azərbaycan" yarışının qalibi nadir oldu video
Azərbaycanın ən yaxşı səsi indi odur - VİDEO
Yarışın qalibi "Azərbaycanın səsi" heykəlciyi və 25 min manat pul mükafatının sahibi olub.
BAKI, 29 yanvar — Sputnik. Şənbə gecəsi "Səs Azərbaycan" vokal müsabiqəsinin böyük finalı baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, Xalq artisti Brilliant Dadaşova Emil Tağıyev, Xalq artisti Tünzalə Ağayeva Hidayət Əliyev, müğənni Eldar Qasımov Nadir Rüstəmli və Murad Arif Leyla İzzətova ilə birincilik uğrunda birgə yarışıblar.
Dörd ustad tərəfindən seçilən ifaçılar canlı yayımda qalib olmaq üçün mübarizə aparıblar.
Müsabiqənin qalibi isə səs çoxluğu ilə Eldarın komandasında yarışan Nadir Rüstəmli olub. O, "Azərbaycanın səsi" heykəlciyi və 25 min manat pul mükafatının sahibi olub.
Məlumat üçün bildirək ki, N.Rüstəmli Azərbaycan Turizm və Menecment Universitetinin məzunudur. O, müğənniliklə yanaşı, şəxsi bizneslə məşğuldur. Nadir 2019-cu ildə "Youthvision" beynəlxalq tələbə mahnı müsabiqəsində Azərbaycanı təmsil edib.
Nadirin ifa etdiyi mahnını ilk dəfə 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə oxuyublar. Azərbaycanı "Eurovision-2008" beynəlxalq mahnı müsabiqəsində təmsil etdiyi "Day After Day" (azərb. Günbəgün) mahnısının musiqisi Gövhər Həsənzadəyə, sözlər isə Zəhra Bədəlbəyliyə məxsusdur.
Qeyd edək ki, "The Voice of Azerbaijan" müsabiqəsi ölkəmizdə ilk dəfə 2015-ci ildə həyata keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.