https://sputnik.az/20220129/ag-olumu-yayanlar-tutuldular-biri-de-taninmis-gulescidir---vdeofoto-438644457.html
Narkotiklə tutulan güləşçi yığmadan kənarlaşdırılıb - VİDEO/FOTO
Narkotiklə tutulan güləşçi yığmadan kənarlaşdırılıb - VİDEO/FOTO
Sputnik Azərbaycan
25 yaşlı idmançı Zabrat, Bakıxanov, Balaxanı, Pirşağı, Maştağa və digər qəsəbələrdə narkotik maddələri satmaqda ittiham edilir. 29.01.2022, Sputnik Azərbaycan
2022-01-29T18:59+0400
2022-01-29T18:59+0400
2022-01-29T19:07+0400
narkotik
hadisə
güləşçi
video-çarx
saxlanılan
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427241_0:0:3069:1727_1920x0_80_0_0_f2e5a354dcd9cf3bc45890a7208d7591.jpg
BAKI, 29 yanvar — Sputnik. Azərbaycan Güləş Federasiyası (AGF) ыərbəst güləşçi Mahir Əmiraslanovun saxlanılmasına münasibət bildirib.AGF-in Mətbuat xidmətinin rəhbəri Sərxan Musalının Report-a verdiyi məlumata görə, 25 yaşlı idmançı narkotik aludəçiliyindən xilas olmaq üçün daha əvvəl federasiyanın təşəbbüsü ilə müalicə alıb.Qurum rəsmisi deyib ki, Minsk-2019 II Avropa Oyunlarının qalibi və gənclər arasında dünya çempionu olmuş güləşçi tam sağalaraq məşqlərə başlasa da, son Azərbaycan çempinatında medalçılar sırasında yer almadığı üçün milli komandadan kənarlaşdırılıb: Musalı federasiyanın belə məsələlərə maksimum dərəcədə həssas yanaşdığını və nəticəsindən asılı olmayaq, idmançıya yaraşmayan hərəkətə yol verən və nizam-intizam kodekslərini pozanların dərhal yığmadan kənarlaşdırıldığını vurğulayıb.---------17:58Sabunçu rayonunda yanvar ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfəri və onların sırasında tanınmış idmançını saxlayıb. Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, bu, Minsk-2019 II Avropa Oyunlarının qalibi və gənclər arasında dünya çempionu olmuş Mahir Əmiraslanovdur.25 yaşlı sərbəst güləşçi rayonun Zabrat, Bakıxanov, Balaxanı, Pirşağı, Maştağa və digər qəsəbələrində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir.Əmiraslanovun barəsində Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən ümumilikdə 4 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkar edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427241_166:0:2897:2048_1920x0_80_0_0_fe97e0db8528eeab239f555e6b3f2312.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tanınmış azərbayanlı güləşçi narkotikə görə saxlandı video foto
tanınmış azərbayanlı güləşçi narkotikə görə saxlandı video foto
Narkotiklə tutulan güləşçi yığmadan kənarlaşdırılıb - VİDEO/FOTO
18:59 29.01.2022 (Yenilənib: 19:07 29.01.2022) 25 yaşlı idmançı Zabrat, Bakıxanov, Balaxanı, Pirşağı, Maştağa və digər qəsəbələrdə narkotik maddələri satmaqda ittiham edilir.
BAKI, 29 yanvar — Sputnik. Azərbaycan Güləş Federasiyası (AGF) ыərbəst güləşçi Mahir Əmiraslanovun saxlanılmasına münasibət bildirib.
AGF-in Mətbuat xidmətinin rəhbəri Sərxan Musalının Report-a verdiyi məlumata görə, 25 yaşlı idmançı narkotik aludəçiliyindən xilas olmaq üçün daha əvvəl federasiyanın təşəbbüsü ilə müalicə alıb.
Qurum rəsmisi deyib ki, Minsk-2019 II Avropa Oyunlarının qalibi və gənclər arasında dünya çempionu olmuş güləşçi tam sağalaraq məşqlərə başlasa da, son Azərbaycan çempinatında medalçılar sırasında yer almadığı üçün milli komandadan kənarlaşdırılıb:
"Ondan sonra idmançıdan xəbərimiz olmayıb. Mahir beynəlxalq arenada bir çox uğura imza atıb. Lakin təəssüf ki, bununla yanaşı, məşqçilər heyəti və federasiya bir neçə dəfə intizamsızlığına görə onu cəzalandırıb, hətta yığmadan uzaqlaşdırıb".
Musalı federasiyanın belə məsələlərə maksimum dərəcədə həssas yanaşdığını və nəticəsindən asılı olmayaq, idmançıya yaraşmayan hərəkətə yol verən və nizam-intizam kodekslərini pozanların dərhal yığmadan kənarlaşdırıldığını vurğulayıb.
Sabunçu rayonunda yanvar ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfəri və onların sırasında tanınmış idmançını saxlayıb.
Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, bu, Minsk-2019 II Avropa Oyunlarının qalibi və gənclər arasında dünya çempionu olmuş Mahir Əmiraslanovdur.
25 yaşlı sərbəst güləşçi rayonun Zabrat, Bakıxanov, Balaxanı, Pirşağı, Maştağa və digər qəsəbələrində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir.
Əmiraslanovun barəsində Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən ümumilikdə 4 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.