Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Qarabağa getmək üçün biletlərin qiymətləri

Abunə olmaq
İşğaldan azad edilmiş torpaqlara getmək üçün biletləri onlayn şəkildə əldə edə bilərsiniz. Gediş haqqı barədə - Sputnik Azərbaycan infoqrafikasında.
Yanvarın 24-dən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müntəzəm avtobus reysləri başlayıb. Bakı-Şuşa-Bakı marşrutu üzrə bir istiqamətə gediş haqqı 10,4 manat müəyyən edilib. Bakıdan Ağdama 9,4 manata getmək olar. Bərdədən Ağdama avtobusla gediş haqqı 5 manat edəcək.
Bundan əlavə, Füzuli Beynəlxalq Hava Limanından Şuşa şəhərinə gediş haqqı 6 manat müəyyən edilib. Əhmədbəylidən Şuşaya avtobus reysləri bir istiqamətdə 7 AZN-ə başa gələcək.
Biletləri yolumuzqarabaga.az. onlayn portaldan əldə edə bilərsiniz. Sərnişinin xüsusi giriş icazəsi, habelə onun COVID-19-a qarşı peyvəndi barədə informasiya avtomatik olaraq məlumat bazasına daxil ediləcək.
Xəbər lenti
0