https://sputnik.az/20220128/sehid-xanimi-meni-susaya-aparan-sebeb-tamamile-ferqlidir---vdeo-438591992.html
Şəhid xanımı: "Məni Şuşaya aparan səbəb tamamilə fərqlidir" - VİDEO
Şəhid xanımı: "Məni Şuşaya aparan səbəb tamamilə fərqlidir" - VİDEO
Sputnik Azərbaycan
Həyat yoldaşının itkin düşdüyünü düşünsə də, bir gün Qırmızı Xaç Cəmiyyətindən ona bildirirlər ki, Nadir Qədirov şəhid olub. 28.01.2022, Sputnik Azərbaycan
2022-01-28T07:13+0400
2022-01-28T07:13+0400
2022-01-28T07:13+0400
cəmiyyət
avtobus
şəhid
şuşa
məzar
video-çarx
https://cdnn1.img.sputnik.az/img/07e6/01/18/438442838_0:0:1920:1080_1920x0_80_0_0_8a5f38dca821f67ea820ec41bd996972.jpg
İlk Bakı-Şuşa müntəzəm reys avtobusunun sərnişini Xoşqədəm Qədirova Sputnik Azərbaycan-a onu Şuşaya aparan xatirələrindən danışıb: "Əlbəttə, Şuşanı gedib görmək hər birimizin arzusudur. Amma məni bu gün Şuşaya aparan səbəb tamamilə fərqlidir. Mən 30 il əvvəl Şuşada şəhid olan həyat yoldaşımın məzarını axtarmağa gedirəm".X.Qədirova ilə söhbət zamanı öyrənirik ki, həyat yoldaşı Nadir Qədirov 30 il əvvəl Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Şuşanın işğalından sonra X.Qədirova həyat yoldaşından nə qədər xəbər tutmağa çalışsa da, buna nail olmur. İllərlə həyat yoldaşının yolunu gözləyən Xoşqədəm xanım onun itkin düşdüyünü düşünsə də, bir gün Qırmızı Xaç Cəmiyyətindən ona məlumat gəlir: "Biz yoldaşımın itkin düşdüyünü zənn edirdik. Amma Qırmızı Xaç Cəmiyyətindən bizə xəbər gəldi ki, həyat yoldaşım şəhid olub. Yoldaşım elə Şuşada, uğrunda canından keçdiyi torpaqda dəfn edilib".X.Qədirova həyat yoldaşının məzarını tapmağa böyük ümid bəslədiyini söylədi: "İçimdə bir inam var ki, yoldaşımın məzarını tapıb ziyarət edəcəyəm. Anası oğlunun həsrəti ilə dünyadan köçdü. Əgər məzarı tapmasam belə, Şuşaya qədəm bassam, elə bilərəm, onun qəbrini ziyarət etmişəm".Qeyd edək ki, Bakıdan Şuşaya ilk avtobus reysi yanvarın 24-də gerçəkləşdirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"Şuşaya həyat yoldaşımın məzarını axtarmağa gedirəm" - Şəhidin yoldaşı - Video
Sputnik Azərbaycan
İllərlə həyat yoldaşının yolunu gözləyən X.Qədirova onun itkin düşdüyünü düşünsə də, bir gün Qırmızı Xaç Cəmiyyətindən ona xəbər gəlir.
2022-01-28T07:13+0400
true
PT1M16S
https://cdnn1.img.sputnik.az/img/07e6/01/18/438442838_215:0:1655:1080_1920x0_80_0_0_3cf295688390c6a66a2572c0ac79a525.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şəhid həyat yoldaşının məzarını tapmaq üçün şuşaya gedən xanım - video
şəhid həyat yoldaşının məzarını tapmaq üçün şuşaya gedən xanım - video
Şəhid xanımı: "Məni Şuşaya aparan səbəb tamamilə fərqlidir" - VİDEO
Həyat yoldaşının itkin düşdüyünü düşünsə də, bir gün Qırmızı Xaç Cəmiyyətindən ona bildirirlər ki, Nadir Qədirov şəhid olub.
İlk Bakı-Şuşa müntəzəm reys avtobusunun sərnişini Xoşqədəm Qədirova Sputnik Azərbaycan-a onu Şuşaya aparan xatirələrindən danışıb: "Əlbəttə, Şuşanı gedib görmək hər birimizin arzusudur. Amma məni bu gün Şuşaya aparan səbəb tamamilə fərqlidir. Mən 30 il əvvəl Şuşada şəhid olan həyat yoldaşımın məzarını axtarmağa gedirəm".
X.Qədirova ilə söhbət zamanı öyrənirik ki, həyat yoldaşı Nadir Qədirov 30 il əvvəl Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Şuşanın işğalından sonra X.Qədirova həyat yoldaşından nə qədər xəbər tutmağa çalışsa da, buna nail olmur. İllərlə həyat yoldaşının yolunu gözləyən Xoşqədəm xanım onun itkin düşdüyünü düşünsə də, bir gün Qırmızı Xaç Cəmiyyətindən ona məlumat gəlir: "Biz yoldaşımın itkin düşdüyünü zənn edirdik. Amma Qırmızı Xaç Cəmiyyətindən bizə xəbər gəldi ki, həyat yoldaşım şəhid olub. Yoldaşım elə Şuşada, uğrunda canından keçdiyi torpaqda dəfn edilib".
X.Qədirova həyat yoldaşının məzarını tapmağa böyük ümid bəslədiyini söylədi: "İçimdə bir inam var ki, yoldaşımın məzarını tapıb ziyarət edəcəyəm. Anası oğlunun həsrəti ilə dünyadan köçdü. Əgər məzarı tapmasam belə, Şuşaya qədəm bassam, elə bilərəm, onun qəbrini ziyarət etmişəm".
Qeyd edək ki, Bakıdan Şuşaya ilk avtobus reysi yanvarın 24-də gerçəkləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.