https://sputnik.az/20220128/raq-hava-limani-hucuma-meruz-qalib-438598580.html
İraq hava limanı hücuma məruz qalıb
İraq hava limanı hücuma məruz qalıb
Sputnik Azərbaycan
Raketlər hava hücumundan müdafiə sistemləri hesabına vurulub. Hücum yerli vaxtla saat 04:30-da (Bakı vaxtı ilə 05:30) baş verib. 28.01.2022, Sputnik Azərbaycan
2022-01-28T15:43+0400
2022-01-28T15:43+0400
2022-01-28T15:43+0400
iraq
dünya xəbərləri
bağdad
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438595760_0:0:2500:1407_1920x0_80_0_0_342ba27121e0422c8b67cfea8e594fc5.jpg
BAKI, 28 yanvar — Sputnik. Bağdad Beynəxlaq Hava Limanı cümə günü raket hücumuna məruz qalıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti" İraq Təhlükəsizlik Qüvvələrində olan mənbəyə istinadən xəbər verir."Ən azı 6 raket vurulub və uçuş-eniş zolağı zonasına düşüb", - deyə mənbə bildirib.O qeyd edib ki, raketlər hava hücumundan müdafiə sistemləri hesabına vurulub. Onun sözlərinə görə, hücum yerli vaxtla saat 04:30-da (Bakı vaxtı ilə 05:30) baş verib.Hücum nəticəsində həmin vaxt dayanacaqda olan təyyarələrdən birinə zərər dəyib.Xatırladaq ki, bir həftə əvvəl İraqın şərqində terror təşkilatı DEAŞ-ın orduya təşkil etdiyi hücumda 11 İraq əsgəri həlak olub.Diyalə Əməliyyat Komandanlığının açıqlamasına görə, terror təşkilatı DEAŞ Diyala vilayətinin Spacem rayonunda hücum həyata keçirib.Hücum nəticəsində 11 İraq əsgərinin həlak olduğu bildirilib.Qeyd edilib ki, terror təşkilatı DEAŞ hücumundan sonra yüksək səviyyəli hərbi heyət bölgəyə gedib və hücumla bağlı araşdırma başlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438595760_157:0:2325:1626_1920x0_80_0_0_8856b5c73f1faf0fdf7d5368bfaeaafd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iraq, bağdad
İraq hava limanı hücuma məruz qalıb
Raketlər hava hücumundan müdafiə sistemləri hesabına vurulub. Hücum yerli vaxtla saat 04:30-da (Bakı vaxtı ilə 05:30) baş verib.
BAKI, 28 yanvar — Sputnik. Bağdad Beynəxlaq Hava Limanı cümə günü raket hücumuna məruz qalıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti" İraq Təhlükəsizlik Qüvvələrində olan mənbəyə istinadən xəbər verir.
"Ən azı 6 raket vurulub və uçuş-eniş zolağı zonasına düşüb", - deyə mənbə bildirib.
O qeyd edib ki, raketlər hava hücumundan müdafiə sistemləri hesabına vurulub. Onun sözlərinə görə, hücum yerli vaxtla saat 04:30-da (Bakı vaxtı ilə 05:30) baş verib.
Hücum nəticəsində həmin vaxt dayanacaqda olan təyyarələrdən birinə zərər dəyib.
Xatırladaq ki, bir həftə əvvəl İraqın şərqində terror təşkilatı DEAŞ-ın orduya təşkil etdiyi hücumda 11 İraq əsgəri həlak olub.
Diyalə Əməliyyat Komandanlığının açıqlamasına görə, terror təşkilatı DEAŞ Diyala vilayətinin Spacem rayonunda hücum həyata keçirib.
Hücum nəticəsində 11 İraq əsgərinin həlak olduğu bildirilib.
Qeyd edilib ki, terror təşkilatı DEAŞ hücumundan sonra yüksək səviyyəli hərbi heyət bölgəyə gedib və hücumla bağlı araşdırma başlayıb.