CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda güclü külək əsəcək - Rayonlarda yollar buz bağlayacaq - Hava xəbərdarlığı

© Sputnik / Reshad RashidovQarlı hava
Qarlı hava - Sputnik Azərbaycan, 1920, 28.01.2022
Abunə olmaq
Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.
BAKI, 28 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 29-u günün ikinci yarısından 30-u axşamadək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə gözlənilən hava şəraiti haqqında yayılan məlumatda bildirilib. Qeyd olunub ki, Azərbaycanın rayonlarında yanvarın 29-u günün ikinci yarısından 30-u axşamadək cənub-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.
Hava şəraiti ilə bağlı avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, yanvar ayının 29-da gecə və səhər saatlarında ölkə ərazisindəki magistral avtomobil yollarının bəzi hissələrinin dumanlı olacağı gözlənilir.
Ölkə ərazisində gözlənilən dumanlı hava şəraitinə görə, Bakı-Şamaxı-Yevlax, Füzuli-Cəbrayıl-Mahmudlu, Quba-Xaçmaz, Quba-Qusar, Giləzi-Xızı, Xankəndi-Xocavənd, Bəhramtəpə-Biləsuvar, Bərdə-İstisu, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Ağdam-Ağdərə, Həkəri-Zəngilan, Gəncə-Daşkəsən, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Samux, Ağdam-Füzuli-Horadiz, Ağsu-Kürdəmir-Bəhramtəpə, Ucar-Zərdab-Ağcabədi, Naxçıvan-Şahbuz, Lənkəran-Lerik magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq.
Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Sabahın hava proqnozu açıqlanıb
Xəbər lenti
0