https://sputnik.az/20220128/dunyada-dollar-bahalasib-438553133.html
Dünyada dollar bahalaşıb
Dünyada dollar bahalaşıb
Sputnik Azərbaycan
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) bu il keçirilən iclasında qərarlar açıqlanıb. 28.01.2022, Sputnik Azərbaycan
2022-01-28T08:37+0400
2022-01-28T08:37+0400
2022-01-28T08:37+0400
dollar
iqtisadiyyat
fed
bahalaşma
uçot dərəcəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0d/426690705_0:0:3035:1708_1920x0_80_0_0_c29072fc8587163f55087ab3f9415e75.jpg
BAKI, 28 yanvar — Sputnik. Dünyanın əksər ölkəsində dolların qiyməti artıb. Buna səbəb ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) 2021-ci ildə keçirilən ilk iclasında uçot dərəcəsini sabit saxlaması olub.Sputnik Azərbaycan xəbər verir ki, FED uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.Təşkilatın məlumatında deyilib ki, FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsi uzunmüddətli perspektivdə məşğulluğu təmin etmək və inflyasiyanı 2% həddində saxlamağa çalışır. Buna görə də Komitə federal fondlarda əsas faiz dərəcəsini 0-0,25% həddində saxlamağa qərar verib. İnflyasiyanın artması və əmək bazarının güclənməsi fonunda faiz dərəcəsinə yenidən baxıla bilər.Bununla yanaşı, FED fevralda bazardan aylıq aktivlərin geri alınmasının həcmini 60 milyard dollardan 30 milyard dollara qədər azaldacaq.Qeyd edək ki, FED dekabrın 3-də də uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.FED-in iclasından sonra dollar əksər valyutalara qarşı bahalaşıb. FED sədri Cerom Pauellin gözlənilən faiz artımlarına işarə etməsindən sonra dollar bahalaşıb.ABŞ dollarının indeksi yanvarın 27-də 0.26% artımla 96.655 bəndə yüksəlib. Bu da 2021-ci ilin 17 dekabrından bəri qeydə alınmış maksimal göstəricidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0d/426690705_248:0:2979:2048_1920x0_80_0_0_3faad7a9ed75af8d02b61c6555e72206.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
fed-in uçot dərəcəsini sabit saxlaması dollara təsir etdi
fed-in uçot dərəcəsini sabit saxlaması dollara təsir etdi
Dünyada dollar bahalaşıb
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) bu il keçirilən iclasında qərarlar açıqlanıb.
BAKI, 28 yanvar — Sputnik. Dünyanın əksər ölkəsində dolların qiyməti artıb. Buna səbəb ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) 2021-ci ildə keçirilən ilk iclasında uçot dərəcəsini sabit saxlaması olub.
Sputnik Azərbaycan xəbər verir ki, FED uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.
Təşkilatın məlumatında deyilib ki, FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsi uzunmüddətli perspektivdə məşğulluğu təmin etmək və inflyasiyanı 2% həddində saxlamağa çalışır. Buna görə də Komitə federal fondlarda əsas faiz dərəcəsini 0-0,25% həddində saxlamağa qərar verib. İnflyasiyanın artması və əmək bazarının güclənməsi fonunda faiz dərəcəsinə yenidən baxıla bilər.
Bununla yanaşı, FED fevralda bazardan aylıq aktivlərin geri alınmasının həcmini 60 milyard dollardan 30 milyard dollara qədər azaldacaq.
Qeyd edək ki, FED dekabrın 3-də də uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.
FED-in iclasından sonra dollar əksər valyutalara qarşı bahalaşıb. FED sədri Cerom Pauellin gözlənilən faiz artımlarına işarə etməsindən sonra dollar bahalaşıb.
ABŞ dollarının indeksi yanvarın 27-də 0.26% artımla 96.655 bəndə yüksəlib. Bu da 2021-ci ilin 17 dekabrından bəri qeydə alınmış maksimal göstəricidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.