NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Azəriqaz" hədələdi: Əksər abonentlərin qaz verilişi dayandırıla bilər

© Photo : AzeriGas Production UnionQaz sayğacı, arxiv şəkli
Qaz sayğacı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.01.2022
Abunə olmaq
"Azəriqaz" İB-dən bildirilib ki, bu cür arzuolunmaz halların baş verməsinin əsas səbəbi odur ki, istehlakçıların bir qismi təhlükəsizlik tədbirlərinə əməl etmir.
BAKI, 28 yanvar — Sputnik. Oğurluq başqasının əmlakının qanunsuz mənimsənilməsidir, onun hər bir forması qanuna ziddir. Sayğac oğurluğu da qanuna ziddir.
"Azəriqaz" İstehsalat Birliyinin jurnalistlər üçün təşkil edilən brifinqində qurumun Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəhbəri Rövşən Məhyəddinov belə deyib.
O bildirib ki, sayğacın oğurlanması digər istehlakçının haqqına, hüququna girmək, təchizatda hər hansı bir problemin yaranması deməkdir.
İşğaldan azad edilmiş ərazilərdə layihələndirmə işləri aparılır
Bundan başqa, işğaldan azad edilmiş ərazilərin qazlaşdırılması ilə bağlı suallar cavablandırılıb. Qeyd olunub ki, işğaldan azad olunan ərazilərdə qaz sayğacları quraşdırıldıqdan sonra müəyyən kodlar veriləcək. Lakin bu iş qazlaşma işi yekunlaşdıqdan sonra olacaq.
Qurum rəsmisi həmin ərazilərdə qazlaşma ilə əlaqədar hazırda yalnız layihələndirmə işlərinin görüldüyünü deyib. İlk olaraq Ağdamla Şuşanın qazlaşdırılmasından söhbət gedir.
Bundan başqa, işğaldan azad ərazilərdən daxil olan zəngləri cavablandırmaq üçün operatorlar ayrılacaq.
50-yə yaxın yeni yaşayış massivinin qazlaşdırılması işləri planlaşdırılır
Brifinqdə həmçinin qazla təminatı olan yeni yaşayış massivləri barədə suallar cavablandırılıb. Bildirilib ki, ötən il yüzə yağın yaşayış masssivinin qazlaşdırılması işi aparılıb, cari ildə "Azəriqaz" İB-nin daxili resursları, maliyyə imkanları hesabına ölkə ərazisində 50-yə yaxın yeni yaşayış massivinin qazlaşdırılması işləri planlaşdırılır.
70-ə yaxın yaşayış məntəqəsinin, kəndlərin qazlaşdırılması nəzərdə tutulur.
Qiymətlər dəyişdi, istehlakçıların xəbəri yox
Qurumun rəsmiləri brifinqdə müraciətlərdən də söz açıblar.
Sən demə, Tarif Şurası tərəfindən qiymətlərə dəyişiklik edildiyindən, yüklənən vəsaitə əsasən balansda fərqin yaranmasına dair “104 Çağrı mərkəzi”nə 3 min 80 müraciət daxil olub.
Yeni layihə var, bununla özbaşınalıqlar, pozuntular, ölüm halları aradan qalxacaq
Hazırda Milli Məclisə göndərilən layihədə göstərilir ki, noyabrın 1-dək mütləq şəkildə bütün istehlakçıların qaz qurğularına, daxili qaz xətlərinə müayinə keçirilməli, nəticəyə uyğun olaraq akt tərtib olunmalıdır.
Heç bir problem yoxdursa, təhlükəsizlik şərtlərinə əməl edildiyi bəlli olarsa, onda müvafiq akt tərtib olunacaq. Lakin qüsurlar, çatışmazlıqlar aşkar edilərsə, bununla bağlı müvafiq akt tərtib olunacaq.
Problem olarsa, istehlakçının əli cibində olmalıdır, əks halda qazsız qalacaqlar
Qeyd olunub ki, qüsurları istehlakçı vəsaiti hesabına aradan qaldırmalıdır. Əks təqdirdə qazın verilişi dayandırıla bilər. Qanuna dəyişikliklərdə əsas məqsəd dəm qazından boğulma, qaz səbəbindən baş verən partlayışları aradan qaldırmaqdır.
"Azəriqaz" İB arzuolunmaz halların baş verməsinin əsas səbəbini istehlakçıların bir qismi təhlükəsizlik tədbirlərinə əməl etməməsində görür.
Yeni qanun layihəsinə əsasən, istehlakçı qaz paylayıcısının nümayəndəsini müayinə keçirmək üçün əraziyə buraxmalıdır. Əgər şərait yaratmazsa, onda qazın verilişinin dayandırılması üçün əsas yaranır.
Müayinə "Azəriqaz" İB-in vəsaiti hesabına, texniki xidmət isə istehlakçının vəsaiti hesabına aparılmalıdır.
Brifinqdə həmçinin qanun layihəsi çərçivəsində məsuliyyət məsələsinə də toxunulub. Vurğulanıb ki, qanun layihəsi ilə bağlı inzibati xətalar məcəlləsinə də dəyişiklik edilib. Tərəflər üzərinə düşən məsuliyyəti icra etmədikdə qanunvericiliklə inzibati, eləcə də cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Qaz keyfiyyətlidir
Brifinqdə qazın keyfiyyəti ilə bağlı suallar da cavablandırılıb:
"Abonentlərə verilən qaz keyfiyyətlidir. Standartlardan kənar hər hansı hal yoxdur".
Xəbər lenti
0