https://sputnik.az/20220127/yaxin-gunlerde-yagintili-ve-kulekli-hava-seraiti-gozlenilir-438551663.html
Yaxın günlərdə yağıntılı və küləkli hava şəraiti gözlənilir
Yaxın günlərdə yağıntılı və küləkli hava şəraiti gözlənilir
Sputnik Azərbaycan
Xidmət əməkdaşının sözlərinə görə, yanvar ayı ərzində əsasən yağıntılı günlərin üstünlük təşkil etməsi hava keyfiyyətinin yüksəlməsinə səbəb olub.
2022-01-27T10:57+0400
2022-01-27T10:57+0400
2022-01-27T11:04+0400
cəmiyyət
hava
külək
yağıntı
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425479673_0:0:3072:1728_1920x0_80_0_0_23a9a0aacdf874e8af0bc71ff522a836.jpg
BAKI, 27 yanvar — Sputnik. "Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən yanvar ayı ərzində Xətai, Nizami, Nərimanov rayonları ərazisində havanın keyfiyyət göstəriciləri norma daxilində olub".Bunu Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.O qeyd edib ki, yanvar ayının bəzi günlərində Səbail rayonunda havada PM dispers toz hissəcikləri, Gəncə və Sumqayıt şəhərlərində isə azot-4 oksid normadan bir qədər yüksək qeydə alınıb.Xidmət əməkdaşının sözlərinə görə, yanvar ayı ərzində əsasən yağıntılı günlərin üstünlük təşkil etməsi atmosfer havasında həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarının azalmasına və hava keyfiyyətinin yüksəlməsinə səbəb olub:"Belə ki, ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayı ərzində atmosfer havasının çirklənmə səviyyəsi daha aşağı qeydə alınıb. Yaxın günlərdə yağıntılı və küləkli hava şəraitinin proqnozlaşdırıldığını nəzərə alsaq, yanvar ayının sonunadək havanın keyfiyyətinin yaxşı olacağı gözlənilir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425479673_220:0:2951:2048_1920x0_80_0_0_4ebc9f0210ff6443bf95cf7ba91354f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
yaxın günlərdə yağıntılı və küləkli hava şəraiti gözlənilir
yaxın günlərdə yağıntılı və küləkli hava şəraiti gözlənilir
Yaxın günlərdə yağıntılı və küləkli hava şəraiti gözlənilir
10:57 27.01.2022 (Yenilənib: 11:04 27.01.2022) Bu ilin yanvar ayı ərzində atmosfer havasının çirklənmə səviyyəsi daha aşağı qeydə alınıb
BAKI, 27 yanvar — Sputnik. "Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən yanvar ayı ərzində Xətai, Nizami, Nərimanov rayonları ərazisində havanın keyfiyyət göstəriciləri norma daxilində olub".
Bunu
Sputnik Azərbaycan-a
Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı
Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, yanvar ayının bəzi günlərində Səbail rayonunda havada PM dispers toz hissəcikləri, Gəncə və Sumqayıt şəhərlərində isə azot-4 oksid normadan bir qədər yüksək qeydə alınıb.
Xidmət əməkdaşının sözlərinə görə, yanvar ayı ərzində əsasən yağıntılı günlərin üstünlük təşkil etməsi atmosfer havasında həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarının azalmasına və hava keyfiyyətinin yüksəlməsinə səbəb olub:
"Belə ki, ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayı ərzində atmosfer havasının çirklənmə səviyyəsi daha aşağı qeydə alınıb. Yaxın günlərdə yağıntılı və küləkli hava şəraitinin proqnozlaşdırıldığını nəzərə alsaq, yanvar ayının sonunadək havanın keyfiyyətinin yaxşı olacağı gözlənilir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.