https://sputnik.az/20220127/turkiye-rusiya-ile-ukraynaya-cagiris-etdi-438590276.html
Türkiyə Rusiya ilə Ukraynaya çağırış etdi
Türkiyə Rusiya ilə Ukraynaya çağırış etdi
Sputnik Azərbaycan
MTŞ iclasında Rusiya ilə Ukrayna arasında gərginliyin son vaxtlar daha da artdığı vurğulanıb. 27.01.2022, Sputnik Azərbaycan
2022-01-27T23:27+0400
2022-01-27T23:27+0400
2022-01-27T23:27+0400
dünya xəbərləri
iclas
türkiyə
rusiya
ukrayna
milli təhlükəsizlik şurası
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/14/437399935_0:121:2593:1580_1920x0_80_0_0_73794211e81d1fcf9e5799d9c2b7e262.jpg
BAKI, 27 yanvar - Sputnik. Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin artmasının heç kimin mənafeyinə yaxşı təsir etməyəcəyi qənaətindədir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün keçirilən iclasından sonra yayılan bəyanatında deyilir. İclasda 2021-ci ildə Türkiyənin milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən siyasi, hərbi, iqtisadi və sosial inkişafın bütün aspektləri, 2022-ci ildə ehtimal edlən çətinliklər və görüləcək fəaliyyətlər hərtərəfli qiymətləndirilib. Beynəlxalq əlaqələrə gəlincə, Rusiya ilə Ukrayna arasında gərginliyin son vaxtlar daha da artdığı önə çəkilərək tərəflər sağlam düşüncə ilə gərginliyi azaltmağa çağırılıb.Həmçinin Türkiyə və Ermənistanın konstruktiv və səmimi səyləri ilə Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində yaradılmış mexanizmlərin təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Yunanıstanın beynəlxalq hüququ ehtiyatsızcasına pozub, təhrif etdiyi, müqavilələri pozaraq adaları silahlandırmaqda israrlı olduğu qeyd olunub və bu dövlət yenidən dialoqa dəvət edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/14/437399935_0:0:2593:1946_1920x0_80_0_0_3caf7ceb732b3a606a1f00594e1976fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə rusiya ilə ukraynaya çağırış etdi video
türkiyə rusiya ilə ukraynaya çağırış etdi video
Türkiyə Rusiya ilə Ukraynaya çağırış etdi
MTŞ iclasında Rusiya ilə Ukrayna arasında gərginliyin son vaxtlar daha da artdığı vurğulanıb.
BAKI, 27 yanvar - Sputnik. Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin artmasının heç kimin mənafeyinə yaxşı təsir etməyəcəyi qənaətindədir.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün keçirilən iclasından sonra yayılan bəyanatında deyilir.
https://t.me/SputnikAz/330
İclasda 2021-ci ildə Türkiyənin milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən siyasi, hərbi, iqtisadi və sosial inkişafın bütün aspektləri, 2022-ci ildə ehtimal edlən çətinliklər və görüləcək fəaliyyətlər hərtərəfli qiymətləndirilib.
Beynəlxalq əlaqələrə gəlincə, Rusiya ilə Ukrayna arasında gərginliyin son vaxtlar daha da artdığı önə çəkilərək tərəflər sağlam düşüncə ilə gərginliyi azaltmağa çağırılıb.
Həmçinin Türkiyə və Ermənistanın konstruktiv və səmimi səyləri ilə Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində yaradılmış mexanizmlərin təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Yunanıstanın beynəlxalq hüququ ehtiyatsızcasına pozub, təhrif etdiyi, müqavilələri pozaraq adaları silahlandırmaqda israrlı olduğu qeyd olunub və bu dövlət yenidən dialoqa dəvət edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.