DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tacikistan-Qırğızıstan sərhədində atışma, KTMT-dən zəng - VİDEO

© AFP 2024 / VYACHESLAV OSELEDKOQırğız hərbçilər
Qırğız hərbçilər - Sputnik Azərbaycan, 1920, 27.01.2022
Abunə olmaq
Hər iki tərəfdən yaralanan var. Tacikistanda bir nəfərin öldüyü deyilir.
BAKI, 27 yanvar - Sputnik. Qırğızıstan ilə sərhəddə yaralanan taciklərin sayı 13 nəfərə çatıb. Bu barədə Sputnik Tacikistan xəbər verir. Onlardan 2-si dinc sakin, 11-i hərbçidir.
Bildirilir ki, dağlarda yerləşən Qırğızıstan ordusu sərhədyanı tacik kəndlərini dörd tərəfdən atəşə tutub. Yaxın rayonlarda elektrik enerjisinin verilişi kəsilib. Xoca Alo və Simoniyon məntəqələri daha çox atəşə məruz qalıb.
Xoca Alo kəndinin sakini Obidjon Tuyçiyev isə evinə mərmi düşməsi nəticəsində həlak olub.
Tacikistan tərəfi rəsmi olaraq ölən və yaralılar barədə məlumat açıqlamayıb.
Qırğızıstanda isə dörd hərbçilərinin yaralandığı barədə məlumat yayılıb. Ölkənin Səhiyyə Nazirliyindən bildiriblər ki, yaralılar Kok-Taş kəndindən təcili yardım maşınları ilə Batken vilayət birləşmiş xəstəxanasına aparılırlar. Onların qəlpə yaraları aldıqları deyilir.
Tacikistan tərəfindən bildirilir ki, Qırğızıstan artıq sərhədi PUA-larla pozur. Atəş davam edir.

KTMT rəhbərindən zəng

Bu arada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Tacikistan Təhlükəsizlik Şurasının katibi Nasrullo Mahmudzado və onun qırğızıstanlı həmkarı Marat İmankulovla telefonla danışıb.
Zas tərəfləri atəşi dərhal dayandırmağa çağırıb və bildirib ki, sərhəddəki münaqişəni mütləq danışıqlar masası arxasında, sülh yolu ilə həll etmək lazımdır.
Baş katib deyib ki, KTMT Tacikistan və Qırğızıstana lazımi köməkliyi göstərməyə hazırdır.
--------
19:42
Tacikistanla Qırğızıstan sərhədində kazarma vəziyyəti elan edilib. Sputnik Qırğızıstan yazır ki, sərhədə qoşunlar yığılır.
Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidmətinin yaydığı məlumata görə, iki ölkənin hərbçiləri arasında atışma gedir.
Qeyd olunur ki, bu gün yerli vaxtla 17:30-18:00 arasında Tacikistan vətəndaşları Tort-Koçoda Batken-İsfana yolunu bağlayıblar. 19:30-da yol yenidən açılıb.
"Ancaq 19:35-də vəziyyət tacik tərəfinin Batken rayonunun Çır-Dobo məntəqəsindəki Qırğızıstan sərhədçilərinə atəş açması ilə yenidən qəlizləşdi. Qırğızıstan-Tacikistan sərhəd xidməti hərbçiləri arasında əsas atışma Tort-Koço və Çır-Dobo məntəqələrində gedir", - Qırğızıstan Sərhəd Xidmətindən bildirilib.
Sputnik Tacikistan-ın məlumatına görə, üç tacik hərbçi yaralanıb və İsfara şəhərindəki Mərkəzi klinikaya çatdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0