BAKI, 27 yanvar — Sputnik. Tarix boyu nifrət hissi faciələrə gətirib çıxarıb və ötən əsrdə bunu yəhudilər də yaşayıblar. Dünyada olan ölkələrin hər birinin öz faciəsi var. Holokostun beynəlxalq anım günündə bütün ölkələrin qurbanlarının xatirəsini ehtiramla anırıq. Biz burada, həmçinin faşist rejiminə qarşı mübarizə apararaq həlak olmuş 300 min azərbaycanlının da xatirəsini yad edirik.Sputnik Azərbaycan xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Holokost Qurbanlarının Anım Günü ilə əlaqədar "Bəşəriyyəti qorumaq üçün antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə" mövzusunda keçirilən tədbirdə deyib.İsrail səfiri Corc Dik diqqətə çatdırıb ki, yəhudilər dininə və irqinə görə təqib olunublar: "Belə hadisələri unutmamaqla biz onların təkrarlanmamasına nail ola bilərik. Kütləvi qırğınlar, soyqırımlar dünyada günümüzdə də baş verir, biz bunu görməzdən gələ bilmərik. İnanıram ki, biz gələcəkdə elə bir dünyada yaşayacağıq ki, bu cür hadisələr baş verməyəcək".Bu il Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd ediləcəyini bildirən C.Dik qeyd edib: Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Holokostu anım günü ilə bağlı paylaşım edib."Bu gün zəmanəmizin ən dəhşətli cinayətlərindən biri olan Holokostu anım günüdür. Biz nifrət, soyqırım, insanlığa qarşı cinayətlər, irqçilik, ksenofobiyanı xatırlayırıq və onlara qarşı birlikdəyik", - deyə paylaşımda bildirilir.Xatırladaq ki, Holokost (yunanca: holokauston), "holos" (bütün) və "kaustos" (yanmış, köz olmuş) sözlərinin birləşməsindən düzəlir, tamamilə yanmış, yanıb kül olmuş mənasını verir. Yəhudi soyqırımı ya da Ha-Shoa (ivritcə: fəlakət) — Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən addır."Holokost" sözü həm də yəhudi dini mərasimləri zamanı yandırılaraq tanrıya təqdim edilən bir məhsulun adıdır.Yəhudilər başda olmaqla sintlər, romanlar və digər "qaraçı" qəbul edilən insanlar, faşizm əleyhdarı almanlar, əlillər, homoseksuallar, eləcə də döyüş əsirləri həmin qətliamın qurbanı olmuşlar. Bir çox alim isə bu qrupları Holokosta daxil etməyərək, Holokostu yalnız Yəhudi Soyqırımı olaraq qəbul etmişlər. Faşistlər Holokostu "yəhudi probleminə son həll" olaraq görürdülər. Bütün Holokost qurbanları hesaba alınarsa, həyatını itirənlərin sayı bəzi alimlərə görə 17 milyon insana qədər qalxa bilər.Bu insanların öldürülmə səbəbləri faşizm dövründə son həddə çatmış yəhudi nifrətinin və faşizm irqçiliyinə görə "yaşamaq haqqı olmayan aşağı irqlər" olaraq görülmələri idi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Holokost Qurbanlarının Anım Günü ilə əlaqədar Bakıda tədbir keçirilib.
BAKI, 27 yanvar — Sputnik. Tarix boyu nifrət hissi faciələrə gətirib çıxarıb və ötən əsrdə bunu yəhudilər də yaşayıblar. Dünyada olan ölkələrin hər birinin öz faciəsi var. Holokostun beynəlxalq anım günündə bütün ölkələrin qurbanlarının xatirəsini ehtiramla anırıq. Biz burada, həmçinin faşist rejiminə qarşı mübarizə apararaq həlak olmuş 300 min azərbaycanlının da xatirəsini yad edirik.
Sputnik Azərbaycan xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Holokost Qurbanlarının Anım Günü ilə əlaqədar "Bəşəriyyəti qorumaq üçün antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə" mövzusunda keçirilən tədbirdə deyib.
Holokost (yunanca: holokauston), "holos" (bütün) və "kaustos" (yanmış, köz olmuş) sözlərinin birləşməsindən düzəlir, tamamilə yanmış, yanıb kül olmuş mənasını verir.
Holokost (yunanca: holokauston), "holos" (bütün) və "kaustos" (yanmış, köz olmuş) sözlərinin birləşməsindən düzəlir, tamamilə yanmış, yanıb kül olmuş mənasını verir.
Yəhudilər başda olmaqla sintlər, romanlar və digər "qaraçı" qəbul edilən insanlar, faşizm əleyhdarı almanlar, əlillər, homoseksuallar, eləcə də döyüş əsirləri həmin qətliamın qurbanı olmuşlar.
Yəhudilər başda olmaqla sintlər, romanlar və digər "qaraçı" qəbul edilən insanlar, faşizm əleyhdarı almanlar, əlillər, homoseksuallar, eləcə də döyüş əsirləri həmin qətliamın qurbanı olmuşlar.
Bu insanların öldürülmə səbəbləri faşizm dövründə son həddə çatmış yəhudi nifrətinin və faşizm irqçiliyinə görə "yaşamaq haqqı olmayan aşağı irqlər" olaraq görülmələri idi.
Bu insanların öldürülmə səbəbləri faşizm dövründə son həddə çatmış yəhudi nifrətinin və faşizm irqçiliyinə görə "yaşamaq haqqı olmayan aşağı irqlər" olaraq görülmələri idi.
İsrail səfiri Corc Dik diqqətə çatdırıb ki, yəhudilər dininə və irqinə görə təqib olunublar: "Belə hadisələri unutmamaqla biz onların təkrarlanmamasına nail ola bilərik. Kütləvi qırğınlar, soyqırımlar dünyada günümüzdə də baş verir, biz bunu görməzdən gələ bilmərik. İnanıram ki, biz gələcəkdə elə bir dünyada yaşayacağıq ki, bu cür hadisələr baş verməyəcək".
Bu il Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd ediləcəyini bildirən C.Dik qeyd edib:
"Ötən il İsraildə Azərbaycan Ticarət Evi açıldı. Ümid edirəm ki, biz gələcəkdə səfirliyin açılmasını da qeyd edəcəyik. Bu gün Azərbaycan müsəlman dünyasında yeganə ölkədir ki, çoxsaylı yəhudi icmasına ev sahibliyi edir. Bu, Azərbaycanın sahib olduğu, dəstəklədiyi dəyərlərin göstəricisidir".
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Holokostu anım günü ilə bağlı paylaşım edib.
"Bu gün zəmanəmizin ən dəhşətli cinayətlərindən biri olan Holokostu anım günüdür. Biz nifrət, soyqırım, insanlığa qarşı cinayətlər, irqçilik, ksenofobiyanı xatırlayırıq və onlara qarşı birlikdəyik", - deyə paylaşımda bildirilir.
Xatırladaq ki, Holokost (yunanca: holokauston), "holos" (bütün) və "kaustos" (yanmış, köz olmuş) sözlərinin birləşməsindən düzəlir, tamamilə yanmış, yanıb kül olmuş mənasını verir. Yəhudi soyqırımı ya da Ha-Shoa (ivritcə: fəlakət) — Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən addır.
"Holokost" sözü həm də yəhudi dini mərasimləri zamanı yandırılaraq tanrıya təqdim edilən bir məhsulun adıdır.
Yəhudilər başda olmaqla sintlər, romanlar və digər "qaraçı" qəbul edilən insanlar, faşizm əleyhdarı almanlar, əlillər, homoseksuallar, eləcə də döyüş əsirləri həmin qətliamın qurbanı olmuşlar. Bir çox alim isə bu qrupları Holokosta daxil etməyərək, Holokostu yalnız Yəhudi Soyqırımı olaraq qəbul etmişlər. Faşistlər Holokostu "yəhudi probleminə son həll" olaraq görürdülər. Bütün Holokost qurbanları hesaba alınarsa, həyatını itirənlərin sayı bəzi alimlərə görə 17 milyon insana qədər qalxa bilər.
Bu insanların öldürülmə səbəbləri faşizm dövründə son həddə çatmış yəhudi nifrətinin və faşizm irqçiliyinə görə "yaşamaq haqqı olmayan aşağı irqlər" olaraq görülmələri idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.