https://sputnik.az/20220127/srail-peyvendin-dorduncu-dozasini-tesdiqleyib-438565156.html
İsrail peyvəndin dördüncü dozasını təsdiqləyib
İsrail peyvəndin dördüncü dozasını təsdiqləyib
Sputnik Azərbaycan
İsraildə 2020-ci il dekabrın 20-dən koronavirusa qarşı kütləvi peyvənd kampaniyasına start verilib. 27.01.2022, Sputnik Azərbaycan
2022-01-27T22:16+0400
2022-01-27T22:16+0400
2022-01-27T22:16+0400
vaksinasiya
dünya xəbərləri
israil
doza
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0f/435197542_0:182:3273:2023_1920x0_80_0_0_4643c986cb1f49991813a8a09e0429f1.jpg
BAKI, 27 yanvar — Sputnik. İsrailin Səhiyyə Nazirliyi əlavə xəstəlikləri olan və risk qrupuna daxil edilən 18 yaşdan yuxarı insanlar üçün peyvəndin dördüncü dozasını təsdiqləyib.Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb."Qərar 60 yaşdan yuxarı insanlar üçün vaksinin dördüncü dozasının faydası, onun üçüncü doza ilə müqayisədə infeksiyaya qarşı immuniteti iki dəfə artırdığı, xəstəliyin ağır keçirilməsi riskini isə üç-beş dəfə azaltdığı barədə məlumatlar nəzərə alınaraq qəbul edilib. Vaksinin dördüncü dozası yalnız üçüncü dozadan dörd ay sonra vurula bilər," - deyə nazirlikdən bildirilib.Qeyd edək ki, İsraildə 2020-ci il dekabrın 20-dən koronavirusa qarşı kütləvi peyvənd kampaniyasına start verilib. 2021-ci il iyulun sonlarından vətəndaşlara peyvəndin üçüncü dozası, 2022-ci ilin yanvar ayının əvvəlindən isə 60 yaşdan yuxarı şəxslərə, tibb işçilərinə və risk qrupuna daxil olan pasiyentlərə peyvəndin dördüncü dozası vurulmağa başlanıb.İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, indiyə qədər ölkədə yaşayan 9,3 milyon vətəndaşın 6,68 milyonuna bir doza, 6,07 milyonuna iki doza, 4,43 milyonuna üç doza, 611 mininə isə dörd doza peyvənd vurulub.Xatırladaq ki, 2019-cu ilin noyabrında Çində ilk dəfə olaraq COVID-19 aşkarlanıb, qısa müddətdə virus bütün dünyaya yayılıb və artıq iki ildən də çoxdur ki, dünyada pandemiya vəziyyəti davam edir.Koronavirusun ən son yayılan ştammı omikron hesab edilirdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0f/435197542_267:0:2998:2048_1920x0_80_0_0_22c3d3666ed50f0f1711580123b30ad6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
israil peyvəndin dördüncü dozasını təsdiqləyib
israil peyvəndin dördüncü dozasını təsdiqləyib
İsrail peyvəndin dördüncü dozasını təsdiqləyib
İsraildə 2020-ci il dekabrın 20-dən koronavirusa qarşı kütləvi peyvənd kampaniyasına start verilib.
BAKI, 27 yanvar — Sputnik. İsrailin Səhiyyə Nazirliyi əlavə xəstəlikləri olan və risk qrupuna daxil edilən 18 yaşdan yuxarı insanlar üçün peyvəndin dördüncü dozasını təsdiqləyib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Qərar 60 yaşdan yuxarı insanlar üçün vaksinin dördüncü dozasının faydası, onun üçüncü doza ilə müqayisədə infeksiyaya qarşı immuniteti iki dəfə artırdığı, xəstəliyin ağır keçirilməsi riskini isə üç-beş dəfə azaltdığı barədə məlumatlar nəzərə alınaraq qəbul edilib. Vaksinin dördüncü dozası yalnız üçüncü dozadan dörd ay sonra vurula bilər," - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, İsraildə 2020-ci il dekabrın 20-dən koronavirusa qarşı kütləvi peyvənd kampaniyasına start verilib. 2021-ci il iyulun sonlarından vətəndaşlara peyvəndin üçüncü dozası, 2022-ci ilin yanvar ayının əvvəlindən isə 60 yaşdan yuxarı şəxslərə, tibb işçilərinə və risk qrupuna daxil olan pasiyentlərə peyvəndin dördüncü dozası vurulmağa başlanıb.
İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, indiyə qədər ölkədə yaşayan 9,3 milyon vətəndaşın 6,68 milyonuna bir doza, 6,07 milyonuna iki doza, 4,43 milyonuna üç doza, 611 mininə isə dörd doza peyvənd vurulub.
Xatırladaq ki, 2019-cu ilin noyabrında Çində ilk dəfə olaraq COVID-19 aşkarlanıb, qısa müddətdə virus bütün dünyaya yayılıb və artıq iki ildən də çoxdur ki, dünyada pandemiya vəziyyəti davam edir.
Koronavirusun ən son yayılan ştammı omikron hesab edilirdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.