Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qum adasında əməliyyat: balıq əvəzinə naqil tuturdular

© AR Ministry of Internal AffairsSu polisi, arxiv şəkli
Su polisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.01.2022
Abunə olmaq
Balıq tutmaq adı ilə qayıqla dənizə girənlərdən tilov əvəzinə kəsici alətlər tutulub.
BAKI, 27 yanvar — Sputnik. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlər zamanı xidməti ərazidə baş verən bir neçə hüquqazidd əməlin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinə Qum adası ərazisində yerləşən "Bahar enerji" əməliyyat şirkətindən müəssisəyə məxsus hidravlik avadanlığı elektrik enerjisi ilə təmin edən elektrik naqilinin oğurlanması və maqnit işəsalıcının sındırılması barədə məlumat daxil olub. Hadisə ilə bağlı dərhal əməliyyat-istintaq qrupu tərəfindən əraziyə baxış keçirilib.
Su polislərinin həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər paytaxt sakini - Xəlil Həsənov, əvvəllər məhkum olunmuş Səyyar MəhərrəmovHəsənqulu Quliyev saxlanılıblar.
Qeyd edək ki, bu şəxslər əvvəlcə əməliyyat şirkətinin inzibati binasına daxil olublar və oradan oğurluq etmək istəyiblər. Daha sonra isə dəstə üzvləri şirkətin ərazisində qeyd edilən cinayət əməllərini törədiblər. Araşdırma zamanı müəyyən edilib ki, Xəlil Həsənov və digərləri heç bir balıqçılıq icazələri, eləcə də kvotası olmadan dənizə balıq tutmaq adı ilə qayıqla daxil olublar. Həmin qayığa baxış zamanı balıqçılıq alətləri yox, dəmir avadanlıqlarının kəsilməsi üçün nəzərdə tutulan əşyalar və şirkətdən oğurlanan naqillər, həmçinin konstruksiyalar aşkar edilib.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir tədbir zamanı isə vətəndaş məmnunluğu təmin edilib. Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng Mərkəzinə şikayət edən bir nəfər xanım Bakı Dəniz Vağzalının ərazisində yerləşən restoranlardan birində ona məxsus içərisində 1500 manat və sənədlər olan əl çantasının oğurlandığını bildirib. İdarə əməkdaşları tərəfindən aparılan araşdırmalar zamaı müəyyən edilib ki, həmin qadının çantası oğurlanmayıb. O, yaşadığı evə gedən zaman çantasını paytaxtın Nizami rayonu ərazisində yerləşən apteklərdən birinin qarşısında itirib. Su polisləri tərəfindən görülmüş operativ tədbir nəticəsində çanta qısa zamanda tapılaraq içindəki pullar və sənədlərlə birgə sahibinə qaytarılıb.
Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0