https://sputnik.az/20220127/nflyasiya-divi-niye-abs-daki-qiymet-artimi-butun-dunyani-tehdid-edir-438527092.html
İnflyasiya divi: niyə ABŞ-dakı qiymət artımı bütün dünyanı təhdid edir?
İnflyasiya divi: niyə ABŞ-dakı qiymət artımı bütün dünyanı təhdid edir?
Sputnik Azərbaycan
Nəticəsiz ötüşmək mümkün olmayacaq: inkişaf etməkdə olan ölkələrdən kapital axını, milli valyutaların devalvasiyası, iqtisadi durğunluq... 27.01.2022, Sputnik Azərbaycan
2022-01-27T08:40+0400
2022-01-27T08:40+0400
2022-01-27T08:40+0400
inflyasiya
təhlil
abş
donald tramp
co bayden
https://cdnn1.img.sputnik.az/img/41694/25/416942546_0:0:4902:2757_1920x0_80_0_0_7a58e2a7604ba7637c4f69c2270cd76d.jpg
ABŞ-da inflyasiya rekord vurub – son 40 ildə belə bir şey olmamışdı. Bu, iqtisadiyyata böhran əleyhinə nağd pulun cəlb edilməsinin nəticəsidir. Amerika pul maşınının əvəzini bütün dünya ödəməli olacaq. Co Bayden jurnalistlərlə bu barədə danışmaq istəmir.Var gücü iləİllik yeddi faiz – dekabr ayının göstəricisidir. Bunu bazar ertəsi Ağ Evdə müzakirə ediblər. Bayden iqtisadi müşavirlərlə görüşüb. Görüş televiziya ilə yayımlanıb.Jurnalistləri zaldan çıxaranda “Fox News”-un müxbiri Piter Dusi prezidentə müraciətlə: "Hesab edirsinizmi ki, seçki ərəfəsində (bu ilin sonlarında konqressə keçiriləcək seçki nəzərdə tutulur-red.) inflyasiya artıq böyük siyasi problemə çevrilib?Belə görünür ki, sual Baydenin çox da xoşuna gəlməyib. "Bu, böyük dəyərdir. Daha çox inflyasiya. Bu səfeh kimdir?", – deyə o, sarkazmla cavab verib. Böyük ehtimalla, mikrofonun bağlı olduğunu düşünüb.“Fox News” xəbər verir ki, prezident bir saatdan sonra jurnalistə zəng vurub üzr istəyib. Yəni, ona şəxsi qərəzinin olmadığını deyib.Əslində, Piter Dusi ilə Baydenin münasibətləri bir o qədər də yaxşı deyil. Reportyor kəskin suallar verməyi xoşlayır. Dövlət başçısı onu yüngülxasiyyət adam hesab edir. Prezident digər jurnalistlərə də xüsusi rəğbət bəsləmir.Ancaq Bayden mətbuatla mübahisə edən vaxt inflyasiya baş alıb gedir. Hakimiyyət orqanlarının bununla birbaşa əlaqəsi var. 2020-ci ildə ABŞ-ın federal ehtiyatlar sistemi trilyon dollar pul çap edib. Bu pullar biznesə, ev təsərrüfatına sərf olunub."Hər bir amerikalı mal və xidmətlər almaq üçün pul əldə edə bilib ki, bu da məhsullara əlavə tələbat yaradıb", – deyə Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin iqtisadi nəzəriyyə kafedrasının dosenti Yekaterina Novikova vəziyyətə aydınlıq gətirir.Böhran əleyhinə vəsaitlərdən ən böyük pay Maliyyə Nazirliyinə düşüb. Bu trilyonlar tədricən real iqtisadiyyata daxil olaraq inflyasiyanı artırır."Qlobal valyuta ehtiyatlarında (59%-dən çox) və beynəlxalq ticarətdə (87%-dən çox) dolların mövqeyi Vaşinqtonun əl-qolunu açır. ABŞ iqtisadiyyatı stimullaşdırmaq üçün pul kütləsini fəal şəkildə artıra bilər", – deyə ABS MMC investisiya şirkətinin baş direktoru Yevgeni Laşkov vurğulayır.İl yarım ərzində Amerika indeksləri orta hesabla üçdə bir qədər artıb.Nəticələr barədə fikirləşməyi yaddan çıxarıblarPandemiyanın qızğın dövründə vəsait ayırmaları qaçılmaz idi. "Bunun nəticəsi barədə isə heç kim fikirləşmədi. Amerika iqtisadiyyatı qlobal bazarın lokomotividir. Okeanın o tayında istənilən dəyişiklik bir andaca başqa ölkələrə təsir göstərir. Qəribə "dəyərdir". ABŞ inflyasiya divini oyandırdı", – deyə "RİA Novosti"nin həmsöhbəti bildirib.Avropa Mərkəzi Bankı da fəal şəkildə pul buraxıb. "Böyük Britaniyada inflyasiya beş faizdən yuxarıdır. Fransa və Almaniyada da təxminən bu qədərdir. Bu, onillik maksimumdur", – deyə fərdi investor, Praktiki İnvestisiya Məktəbinin təsisçisi Fyodr Sidorov bildirir.Bəzi ölkələrdə istehsalçıların satış qiymətləri yalnız dekabr ayında 25 faiz artıb."Bu o deməkdir ki, qlobal inflyasiya yavaşlamayacaq. İnkişaf etməkdə olan ölkələr, o cümlədən, Rusiya da zərər görəcək. İdxal məhsulları komponentlər, xammal nə qədər baha olsa, daxili bazarda qiymətlər də bir o qədər bahalaşır", – deyə ekspert bildirir.İndiyə kimi istehsalın bərpa olunmaması vəziyyəti bir az da kəskinləşdirir. Tələbat isə artır, özü də hər yerdə.Bu vəziyyətdən yalnız mərkəzi banklar tərəfindən stavkanın qaldırılması ilə çıxmaq mümkündür. Federal Ehtiyatlar Sistemi artıq buna hazırdır. İlk addımın mart ayında atılması mümkündür. Ümumilikdə belə raundların sayı dörddən az olmayacaq. İnflyasiyanın zəifləməsini isə analitiklər yalnız ilin sonuna proqnozlaşdırırlar. Dərhal nəticə verən alət mövcud deyil.Yenə də nəticəsiz ötüşmək mümkün olmayacaq: inkişaf etməkdə olan ölkələrdən kapital axını, milli valyutaların devalvasiyası, iqtisadi durğunluq. Federal Ehtiyatlar Sisteminin antiinflyasiya siyasəti xammala qlobal tələbatı aşağı salacaq ki, bu da ixraca əsaslanan inkişaf etməkdə olan ölkələr, xüsusilə də Rusiyaya sərf eləmir.Bir sözlə, pul-kredit siyasətinin kəskin sərtləşdiriləcəyinə bel bağlamaq olmaz. Yevgeni Laşkovun sözlərinə görə, Ağ Ev bunda maraqlı deyil. Konqresə seçki yaxınlaşır və demokratlar səs itirmək istəməzlər. Onsuz da Baydenin reytinqi cəmi 40%-dir ki, bundan az nəticəni (38%) də yalnız onun sələfi Donald Tramp göstərmişdi."Morning Consult/Politico"-nun məlumatına görə, demokrat-seçicilər arasında hazırkı prezidenti dəstəkləyənlər 78%-dir. Qeyd-şərtsiz yalnız hər üç nəfərdən biri. Yalnız dekabr ayında Bayden 15 məntəqəni əldən verib. Respublikaçı seçicilər isə mütləq səs çoxluğu ilə ona etimad göstərmirlər.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41694/25/416942546_0:0:4536:3402_1920x0_80_0_0_12684155e3519bb1bd19c22b043dc0da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
niyə abş-dakı qiymət artımı bütün dünyanı təhdid edir?
niyə abş-dakı qiymət artımı bütün dünyanı təhdid edir?
İnflyasiya divi: niyə ABŞ-dakı qiymət artımı bütün dünyanı təhdid edir?
Nəticəsiz ötüşmək mümkün olmayacaq: inkişaf etməkdə olan ölkələrdən kapital axını, milli valyutaların devalvasiyası, iqtisadi durğunluq...
ABŞ-da inflyasiya rekord vurub – son 40 ildə belə bir şey olmamışdı. Bu, iqtisadiyyata böhran əleyhinə nağd pulun cəlb edilməsinin nəticəsidir. Amerika pul maşınının əvəzini bütün dünya ödəməli olacaq. Co Bayden jurnalistlərlə bu barədə danışmaq istəmir.
İllik yeddi faiz – dekabr ayının göstəricisidir. Bunu bazar ertəsi Ağ Evdə müzakirə ediblər. Bayden iqtisadi müşavirlərlə görüşüb. Görüş televiziya ilə yayımlanıb.
Jurnalistləri zaldan çıxaranda “Fox News”-un müxbiri Piter Dusi prezidentə müraciətlə: "Hesab edirsinizmi ki, seçki ərəfəsində (bu ilin sonlarında konqressə keçiriləcək seçki nəzərdə tutulur-red.) inflyasiya artıq böyük siyasi problemə çevrilib?
Belə görünür ki, sual Baydenin çox da xoşuna gəlməyib. "Bu, böyük dəyərdir. Daha çox inflyasiya. Bu səfeh kimdir?", – deyə o, sarkazmla cavab verib. Böyük ehtimalla, mikrofonun bağlı olduğunu düşünüb.
“Fox News” xəbər verir ki, prezident bir saatdan sonra jurnalistə zəng vurub üzr istəyib. Yəni, ona şəxsi qərəzinin olmadığını deyib.
Əslində, Piter Dusi ilə Baydenin münasibətləri bir o qədər də yaxşı deyil. Reportyor kəskin suallar verməyi xoşlayır. Dövlət başçısı onu yüngülxasiyyət adam hesab edir. Prezident digər jurnalistlərə də xüsusi rəğbət bəsləmir.
Ancaq Bayden mətbuatla mübahisə edən vaxt inflyasiya baş alıb gedir. Hakimiyyət orqanlarının bununla birbaşa əlaqəsi var. 2020-ci ildə ABŞ-ın federal ehtiyatlar sistemi trilyon dollar pul çap edib. Bu pullar biznesə, ev təsərrüfatına sərf olunub.
"Hər bir amerikalı mal və xidmətlər almaq üçün pul əldə edə bilib ki, bu da məhsullara əlavə tələbat yaradıb", – deyə Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin iqtisadi nəzəriyyə kafedrasının dosenti Yekaterina Novikova vəziyyətə aydınlıq gətirir.
Böhran əleyhinə vəsaitlərdən ən böyük pay Maliyyə Nazirliyinə düşüb. Bu trilyonlar tədricən real iqtisadiyyata daxil olaraq inflyasiyanı artırır.
"Qlobal valyuta ehtiyatlarında (59%-dən çox) və beynəlxalq ticarətdə (87%-dən çox) dolların mövqeyi Vaşinqtonun əl-qolunu açır. ABŞ iqtisadiyyatı stimullaşdırmaq üçün pul kütləsini fəal şəkildə artıra bilər", – deyə ABS MMC investisiya şirkətinin baş direktoru Yevgeni Laşkov vurğulayır.
İl yarım ərzində Amerika indeksləri orta hesabla üçdə bir qədər artıb.
Nəticələr barədə fikirləşməyi yaddan çıxarıblar
Pandemiyanın qızğın dövründə vəsait ayırmaları qaçılmaz idi. "Bunun nəticəsi barədə isə heç kim fikirləşmədi. Amerika iqtisadiyyatı qlobal bazarın lokomotividir. Okeanın o tayında istənilən dəyişiklik bir andaca başqa ölkələrə təsir göstərir. Qəribə "dəyərdir". ABŞ inflyasiya divini oyandırdı", – deyə "RİA Novosti"nin həmsöhbəti bildirib.
Avropa Mərkəzi Bankı da fəal şəkildə pul buraxıb. "Böyük Britaniyada inflyasiya beş faizdən yuxarıdır. Fransa və Almaniyada da təxminən bu qədərdir. Bu, onillik maksimumdur", – deyə fərdi investor, Praktiki İnvestisiya Məktəbinin təsisçisi Fyodr Sidorov bildirir.
Bəzi ölkələrdə istehsalçıların satış qiymətləri yalnız dekabr ayında 25 faiz artıb.
"Bu o deməkdir ki, qlobal inflyasiya yavaşlamayacaq. İnkişaf etməkdə olan ölkələr, o cümlədən, Rusiya da zərər görəcək. İdxal məhsulları komponentlər, xammal nə qədər baha olsa, daxili bazarda qiymətlər də bir o qədər bahalaşır", – deyə ekspert bildirir.
İndiyə kimi istehsalın bərpa olunmaması vəziyyəti bir az da kəskinləşdirir. Tələbat isə artır, özü də hər yerdə.
Bu vəziyyətdən yalnız mərkəzi banklar tərəfindən stavkanın qaldırılması ilə çıxmaq mümkündür. Federal Ehtiyatlar Sistemi artıq buna hazırdır. İlk addımın mart ayında atılması mümkündür. Ümumilikdə belə raundların sayı dörddən az olmayacaq. İnflyasiyanın zəifləməsini isə analitiklər yalnız ilin sonuna proqnozlaşdırırlar. Dərhal nəticə verən alət mövcud deyil.
Yenə də nəticəsiz ötüşmək mümkün olmayacaq: inkişaf etməkdə olan ölkələrdən kapital axını, milli valyutaların devalvasiyası, iqtisadi durğunluq. Federal Ehtiyatlar Sisteminin antiinflyasiya siyasəti xammala qlobal tələbatı aşağı salacaq ki, bu da ixraca əsaslanan inkişaf etməkdə olan ölkələr, xüsusilə də Rusiyaya sərf eləmir.
Bir sözlə, pul-kredit siyasətinin kəskin sərtləşdiriləcəyinə bel bağlamaq olmaz. Yevgeni Laşkovun sözlərinə görə, Ağ Ev bunda maraqlı deyil. Konqresə seçki yaxınlaşır və demokratlar səs itirmək istəməzlər. Onsuz da Baydenin reytinqi cəmi 40%-dir ki, bundan az nəticəni (38%) də yalnız onun sələfi Donald Tramp göstərmişdi.
"Morning Consult/Politico"-nun məlumatına görə, demokrat-seçicilər arasında hazırkı prezidenti dəstəkləyənlər 78%-dir. Qeyd-şərtsiz yalnız hər üç nəfərdən biri. Yalnız dekabr ayında Bayden 15 məntəqəni əldən verib. Respublikaçı seçicilər isə mütləq səs çoxluğu ilə ona etimad göstərmirlər.