Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Azərbaycan və Ermənistan sərhədi məsələsində yeni proses

© Sputnik / Алексей Куденко / Mediabanka keçidAzərbaycan sərhədçisi, arxiv şəkli
Azərbaycan sərhədçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.01.2022
Abunə olmaq
Yerevan Bakı ilə Moskvaya sərhəddə təhlükəsizlik və sabitliyin artırılması barədə təkliflərini verib.
BAKI, 27 yanvar — Sputnik. Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası üzrə ixtisaslaşmış təmasların keçirilməsi planlaşdırılır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bildirib.
"Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası üzrə ixtisaslaşmış təmasların keçirilməsini planlaşdırırıq", - deyə Zaytsev qeyd edib.
Ermənistan baş naziri Nikol Paşinyan bazar ertəsi, yanvarın 24-də keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlara hazır olduğunu bəyan edib.
Onun sözlərinə görə, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır, ancaq bu razılaşma tərtib edilməli, formalaşdırılmalıdır. Paşinyan vurğulayıb ki, bu, danışıqların mövzusudur.
1992-ci ildə Azərbaycan və Ermənistan parlamentlərinin MDB sərhədləri çərçivəsində ərazi bütövlüyünün tanınması, sərhədlərin toxunulmazlığı barədə sənədləri ratifikasiya etdiyini yada salan Paşinyan bildirib ki, "bir çox məsələ və detallar həll olunmamış qalıb və bunun üçün danışıqlar aparılmalıdır".
Eyni zamanda Paşinyan məlumat verib ki, Yerevan Bakı ilə Moskvaya sərhəddə təhlükəsizlik və sabitliyin artırılması barədə təkliflərini verib. Həmçinin sərhədlərin delimitasiya və demarkasiyası barədə də. Ermənistan baş naziri prosesin bu detallarını açıqlamasa da, həmin komissiyanın mümkün qədər tez formalaşdırılmalı olduğunu deyib.

Azərbaycanın sülh təklifi

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə Ermənistan tərəfinə sülh müqaviləsini imzalamağı təklif edib. Həmçinin dövlət başçısı Qarabağ münaqişəsinin artıq həll edildiyini, keçmişdə qaldığını dəfələrlə vurğulayıb.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-si Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı.
Oktyabrın 9-u Cəbrayıl, oktyabrın 17-si Füzuli, oktyabrın 20-si Zəngilan, oktyabrın 25-i Qubadlı, noyabrın 8-i isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0