CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qurumu hərraca üç helikopter çıxarıb

© Sputnik / Irade JELILHelikopter, arxiv şəkli
Helikopter, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.01.2022
Abunə olmaq
Martın 1-də keçiriləcək hərraca alıcıların diqqətini cəlb edə biləcək hava nəqliyyat vasitələri çıxarılacaq. Ətraflı Sputnik Azərbaycan-ın materialında
BAKI, 27 yanvar — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraca çıxarılan dövlət əmlakının, nəqliyyat vasitələrinin müxtəlif olması alıcıların marağına səbəb olur.
Nazirlikdən Sputnik Azərbaycan-a məlumat verilib ki, martın 1-də keçiriləcək hərraca alıcıların diqqətini cəlb edə biləcək hava nəqliyyat vasitələri çıxarılacaq. Belə ki, helikopter sahibi olmaq istəyənlər üçün yeni fürsət yaranıb. Dövlət Xidməti tərəfindən martın 1-də keçiriləcək hərraca dövlətə məxsus 3 helikopter çıxarılacaq.
Hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır. Bunlardan 1-i buraxılış ili 2009-cu il olan "Airbus EC-135P2", digərləri isə istehsal tarixi 2005-ci il olan "Airbus EC-155B1" markalı helikopterlərdir.
Özəlləşdirilməyə çıxarılan helikopterləri almaq istəyən şəxslər ilkin satış qiymətinin 10 faizi məbləğində (200 000 manat) behi ödəməklə hərracda iştirak edə bilərlər.
Hərraca çıxarılan helikopterlərin siyahısı, fotoları ilə burada ətraflı tanış ola bilərsiniz: (https://bit.ly/3H9Qhke ).
Qeyd edək ki, sifarişlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.
Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN)
2. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0