https://sputnik.az/20220127/bezi-olkelerden-qusculuq-ve-heyvandarliq-mehsullarinin-getirilmesine-qadaga-qoyulub-438578648.html
Bəzi ölkələrdən quşçuluq və heyvandarlıq məhsullarının gətirilməsinə qadağa qoyulub
Bəzi ölkələrdən quşçuluq və heyvandarlıq məhsullarının gətirilməsinə qadağa qoyulub
Sputnik Azərbaycan
Diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub. 27.01.2022, Sputnik Azərbaycan
2022-01-27T21:35+0400
2022-01-27T21:35+0400
2022-01-27T21:35+0400
toyuq
cəmiyyət
ət
yumurta
idxal
məhdudiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426821499_0:281:3072:2009_1920x0_80_0_0_38d14f4d8eb085d9e27fe96438fe98f3.jpg
BAKI, 27 yanvar — Sputnik. Bəzi ölkələrdən quşçuluq və heyvandarlıq məhsullarının Azərbaycana idxalına müvəqqəti məhdudiyyət qoyulub.Tunisin Monastir inzibati ərazi vahidində dabaq, İsveçrənin Sürix inzibati ərazi vahidində Nyukasl, Moldovanın Teleneşti rayonunda və Burkina-Fasonun Mərkəz regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.Agentlikdən Sputnik Azərbaycan-a bildiriblər ki, həmin inzibati ərazi vahidlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.O cümlədən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə diri quşların ölkəmizin ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq edilib.Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsveçrə, Burkina-Faso, Moldova və Tunisdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülürQeyd edək ki, bundan öncə Rusiyanın Tatarstan Respublikasında nodulyar dermatit, İspaniyanın Kastiliya-Leon muxtar icmasında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Tatarıstandan diri iribuynuzlu heyvanların, İspaniyanın Kastiliya-Leon muxtar icmasından quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426821499_269:0:3000:2048_1920x0_80_0_0_a0d1556ef08708d9697a9650cba98e83.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
bəzi ölkələrdən diri quş və ət məhsullarının idxalı qadağan edilib video
bəzi ölkələrdən diri quş və ət məhsullarının idxalı qadağan edilib video
Bəzi ölkələrdən quşçuluq və heyvandarlıq məhsullarının gətirilməsinə qadağa qoyulub
Diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
BAKI, 27 yanvar — Sputnik. Bəzi ölkələrdən quşçuluq və heyvandarlıq məhsullarının Azərbaycana idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Tunisin Monastir inzibati ərazi vahidində dabaq, İsveçrənin Sürix inzibati ərazi vahidində Nyukasl, Moldovanın Teleneşti rayonunda və Burkina-Fasonun Mərkəz regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentlikdən Sputnik Azərbaycan-a bildiriblər ki, həmin inzibati ərazi vahidlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
O cümlədən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə diri quşların ölkəmizin ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsveçrə, Burkina-Faso, Moldova və Tunisdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Qeyd edək ki, bundan öncə Rusiyanın Tatarstan Respublikasında nodulyar dermatit, İspaniyanın Kastiliya-Leon muxtar icmasında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Tatarıstandan diri iribuynuzlu heyvanların, İspaniyanın Kastiliya-Leon muxtar icmasından quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.