Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan dronların gətirilməsi prosedurunu asanlaşdıracaq

© AFP 2023 / Marcel Van HoornDron, arxiv şəkli
Dron, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.01.2022
Abunə olmaq
Nazir müavini deyib ki, prosedurların sadələşdirilməsi üçün ilk olaraq rəqəmsallaşmaya gediləcək.
BAKI, 27 yanvar — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu il dronların ölkəyə gətirilməsi, həmçinin radioelektron vasitələrin qeydiyyatı prosedurlarını sadələşdirməyi planlaşdırır.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, nazir müavini Rövşən Rüstəmov Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda bildirib.
"Bürokratik əngəllər hazırda yeni texnologiyanın qarşısını alır, ona mane olur. Cari ildə hədəf kimi qarşımıza dronların ölkəyə gətirilməsi kimi məsələlərin sadələşdirilməsini qoymuşuq", - R.Rüstəmov qeyd edb.
Onun sözlərinə görə, prosedurların sadələşdirilməsi üçün ilk olaraq rəqəmsallaşmaya gediləcək:
"Mümkün qədər sadələşdirməyə getməyi nəzərdə tutmuşuq. İlk addım rəqəmsal transformasiyanın tətbiqidir. Texnologiyanı tətbiq etməyən, ona əli çatmayan bir startapçı hansı yeni texnologiya yaradacaq?! Eyni bir problem radioelektron vasitələrin qeydiyyatı ilə bağlıdır.
Adi, elementar radioqəbuledicilərlə bağlı məsələni deyək. Onların ölkəyə gətirilib qeydiyyata salınması üçün bizim nazirliyin 3 qurumuna müraciət etmək lazımdır. Bununla yanaşı, kənar qurumların da razılığı tələb olunur ki, sahibkarlar ona görə 2-3 ay vaxt itirirlər. Artıq onunla da bağlı konkret istiqamətlər müəyyən edilib. Burada həm prosedurların sadələşdirilməsi, həm onların vahid portal üzərindən onlayn müraciət əsasında həyata keçirilməsi daxildir, bu il üçün həmin prosesi tam həyata keçirməyi düşünürük".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0