Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Zakir Həsənov İranın müdafiə naziri ilə nədən danışıb?

© Sputnik / Murad OrujovAzərbaycan Müdafiə Naziri Zakir Həsənov Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında
Azərbaycan Müdafiə Naziri Zakir Həsənov Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında - Sputnik Azərbaycan, 1920, 26.01.2022
Abunə olmaq
Z.Həsənov İranın müdafiə sənayesi sahəsində ikitərəfli əlaqələrin inkişafının vacibliyini vurğulayıb.
BAKI, 26 yanvar — Sputnik. Azərbaycanın Müdafiə naziri Zakir Həsənov İranın müdafiə naziri Məhəmmədrza Aştiyani ilə görüşüb.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, görüşdə nazirlər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması haqqında müzakirə aparıblar.
M.Aştiyani iki ölkənin müdafiə və təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsinin zərurətini vurğulayıb. "İki ölkə xalqının mədəni və tarixi bağlılıqlarını nəzərə alaraq, Azərbaycan və İran arasında əlaqələr müxtəlif sahələrdə daha da inkişaf etdirilməlidir. Təhlükəsizlik sahəsində müştərək əməkdaşlığın inkişafı çox önəmlidir. İki ölkənin geosiyasi xüsusiyyətlərini nəzərə alaraq ölkələr arasında əlaqələrin inkişafı üçün geniş potensial var".
Görüşdə Z.Həsənov İrana Azərbaycan ərazi bütövlüyünü dəstəkləməsinə görə təşəkkürünü bildirib.
Z.Həsənov İranın müdafiə sənayesi sahəsində ikitərəfli əlaqələrin inkişafının vacibliyini vurğulayıb.
Müdafiə naziri iranlı həmkarını Bakıya rəsmi səfərə dəvət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0