https://sputnik.az/20220126/usaqlari-zererli-verdislerden-nece-qoruyaq---xeberdarliq-438525114.html
Uşaqları zərərli vərdişlərdən necə qoruyaq? - XƏBƏRDARLIQ
Uşaqları zərərli vərdişlərdən necə qoruyaq? - XƏBƏRDARLIQ
Sputnik Azərbaycan
Uşaqların səhvlərini gördüyünüz zaman "Səndən utanıram, kaş ki mənim uşağım olmazdın" kimi sözlərdən istifadə etməyin, onlara öz köməyinizi göstərin. 26.01.2022, Sputnik Azərbaycan
2022-01-26T19:49+0400
2022-01-26T19:49+0400
2022-01-26T19:49+0400
vərdiş
cəmiyyət
narkotik
narkotik maddə
narkotik asılılığı
https://cdnn1.img.sputnik.az/img/41998/33/419983325_0:0:1756:987_1920x0_80_0_0_b5a6675a8253c4f0d3d5be165c6f8055.jpg
BAKI, 26 yanvar — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət edib.Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə deyilir: "Son dövrlər uşaqların internet və sosial şəbəkələrdən nəzarətsiz istifadəsi nəticəsində əldə etdikləri informasiyalar bəzən onlarda zərərli vərdişlərə (narkotik, psixatrop maddə, energetik içkilər, internet asıllığı və s.) meyil yaradır. Təəssüflər olsun ki, erkən yaşlarda yaranan bu vərdişlər gələcəkdə daha neqativ halların baş verməsinə gətirib çıxarır. Qısa müddət ərzində qazanılmış bu kimi vərdişlərdən qurtulmaq heç də asan olmur və uzun vaxt tələb edir. Bu səbəblə valideynlər uşaqlara qarşı münasibətdə daim səbirli və təmkinli olmalıdırlar".Uşaqların zərərli vərdişlərdən xilas olması üçün bunlara diqqət etmək lazımdır: "Öncə, bu kimi hallardan şübhələndiyiniz zaman övladınızın davranışlarını müşahidə edin. Zərərli vərdişlər zamanı uşaqlarda sosial əlaqələrin azalması, aqressiv davranışların artması, emosional dəyişiklik, həmçinin akademik bacarıqların azalması, yuxu və yemək rejimlərinin pozulması və s. kimi hallar baş verir.Uşaqların səhvlərini gördüyünüz zaman "Səndən utanıram, kaş ki mənim uşağım olmazdın" kimi sözlərdən istifadə etməyin, onlara öz köməyinizi göstərin".Belə hallarda övladınızın müalicəyə yönləndirilməsi işin əsas hissəsini təşkil edir.Komitədən bildirilir ki, müalicə prosesində hər zaman onların yanında olmaq lazımdır: "Bu halın keçib gedəcəyini, amma verilən məsləhətlərə ciddi şəkildə riayət edilməsinin vacibliyini izah edin. Unutmaq olmaz ki, zərərli vərdişlər zamanı bədən həm fiziki, həm də psixo-sosial təsirlərə məruz qalır, bu halda psixoloq xidmətindən istifadə özlərini rahat hiss etmələrinə və müalicəyə daha inamlı yanaşmalarına kömək olacaq.Yeni hobbilər qazanmalarına, asudə vaxtlarını ailəsi və yaxın əhatəsi ilə daha səmərəli keçirmələrinə kömək olun. Uşaqlara həyatdan zövq almağı, başqa şəxslərin təsiri altına düşməməyi öyrədin. Tez-tez edilən mühakimələr yalnız onların özlərinə qapanmalarına və etdikləri yanlış hərəkətləri təkrarlamalarına səbəb olur".Övladlarınıza göstərdiyiniz qayğı, diqqət onların zərərli vərdişlərdən çəkinməsinə və sağlam həyat tərzi qurmaqlarına yardımçı olur.Qeyd edilən tövsiyələri nəzərə alaq, uşaqlarımızın xoşbəxt gələcəyi üçün birlikdə çalışaq!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41998/33/419983325_89:0:1405:987_1920x0_80_0_0_23db69ea29c7daa100a5a71cdb242906.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaqları narkotik bəlasından qoruyun!
uşaqları narkotik bəlasından qoruyun!
Uşaqları zərərli vərdişlərdən necə qoruyaq? - XƏBƏRDARLIQ
Uşaqların səhvlərini gördüyünüz zaman "Səndən utanıram, kaş ki mənim uşağım olmazdın" kimi sözlərdən istifadə etməyin, onlara öz köməyinizi göstərin.
BAKI, 26 yanvar — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət edib.
Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə deyilir: "Son dövrlər uşaqların internet və sosial şəbəkələrdən nəzarətsiz istifadəsi nəticəsində əldə etdikləri informasiyalar bəzən onlarda zərərli vərdişlərə (narkotik, psixatrop maddə, energetik içkilər, internet asıllığı və s.) meyil yaradır.
Təəssüflər olsun ki, erkən yaşlarda yaranan bu vərdişlər gələcəkdə daha neqativ halların baş verməsinə gətirib çıxarır. Qısa müddət ərzində qazanılmış bu kimi vərdişlərdən qurtulmaq heç də asan olmur və uzun vaxt tələb edir. Bu səbəblə valideynlər uşaqlara qarşı münasibətdə daim səbirli və təmkinli olmalıdırlar".
Uşaqların zərərli vərdişlərdən xilas olması üçün bunlara diqqət etmək lazımdır:
"Öncə, bu kimi hallardan şübhələndiyiniz zaman övladınızın davranışlarını müşahidə edin. Zərərli vərdişlər zamanı uşaqlarda sosial əlaqələrin azalması, aqressiv davranışların artması, emosional dəyişiklik, həmçinin akademik bacarıqların azalması, yuxu və yemək rejimlərinin pozulması və s. kimi hallar baş verir.
Uşaqların səhvlərini gördüyünüz zaman "Səndən utanıram, kaş ki mənim uşağım olmazdın" kimi sözlərdən istifadə etməyin, onlara öz köməyinizi göstərin".
Belə hallarda övladınızın müalicəyə yönləndirilməsi işin əsas hissəsini təşkil edir.
Komitədən bildirilir ki, müalicə prosesində hər zaman onların yanında olmaq lazımdır:
"Bu halın keçib gedəcəyini, amma verilən məsləhətlərə ciddi şəkildə riayət edilməsinin vacibliyini izah edin. Unutmaq olmaz ki, zərərli vərdişlər zamanı bədən həm fiziki, həm də psixo-sosial təsirlərə məruz qalır, bu halda psixoloq xidmətindən istifadə özlərini rahat hiss etmələrinə və müalicəyə daha inamlı yanaşmalarına kömək olacaq.
Yeni hobbilər qazanmalarına, asudə vaxtlarını ailəsi və yaxın əhatəsi ilə daha səmərəli keçirmələrinə kömək olun. Uşaqlara həyatdan zövq almağı, başqa şəxslərin təsiri altına düşməməyi öyrədin. Tez-tez edilən mühakimələr yalnız onların özlərinə qapanmalarına və etdikləri yanlış hərəkətləri təkrarlamalarına səbəb olur".
Övladlarınıza göstərdiyiniz qayğı, diqqət onların zərərli vərdişlərdən çəkinməsinə və sağlam həyat tərzi qurmaqlarına yardımçı olur.
Qeyd edilən tövsiyələri nəzərə alaq, uşaqlarımızın xoşbəxt gələcəyi üçün birlikdə çalışaq!