Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Tütün istifadəsinin məhdudlaşdırılması barədə qanun necə icra olunur? - VİDEO

CC BY-SA 2.0 / J.P. C. / CigaretteSiqaret, arxiv şəkli
Siqaret, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.01.2022
Abunə olmaq
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
BAKI, 26 yanvar — Sputnik. Parlamentdə "Tütün istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun icrası vəziyyəti barədə dinləmə keçiriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin yaz sessiyası dövrünə dair iş planına daxil edilib.
Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin yaz sessiyası dövrünə dair iş planı haqqında məlumat verən komitə sədri Musa Quliyev bildirib ki, "Məşğulluq haqqında" qanuna əlavə və dəyişiklik edilməsi iş planına salınıb.
Qeyd edək ki, bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.
Komitənin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı məqbul hesab edilib və 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əməliyyat Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Tədbir zamanı şəhər ərazisində fəaliyyət göstərən köşklərdən birinin satıcısı Nahid Pirməmmədovun məktəbliyə tütün məmulatı satması polislər tərəfindən müəyyən olunub.
Aşkar edilən faktla bağlı həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Yetkinlik yaşına çatmayanlara spirtli içki, eləcə də tütün məmulatları satan şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Ümumilikdə, 2021-ci il ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" Qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3422, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 270 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.
Tətbiq edilmiş cərimələr 133.140 manat təşkil edib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Xatırladaq ki, "Tütün istifadəsinin məhdudlaşdırılması haqqında" qanun Azərbaycan əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.
Hüquqi və fiziki şəxslərə tütün məmulatlarının satışında istifadəçilərin həvəsləndirilməsi üçün aşağıdakı üsullardan istifadə edilməsi qadağan edilir:
-Tütün məmulatlarının və onların yeni nümunələrinin pulsuz paylanması və ya mükafat kimi verilməsi
-Tütün məmulatlarının lotereya, müsabiqə, idman yarışları, oyunlar üçün mükafat kimi təklif edilməsi
-Tütün məmulatlarının satışı və istifadəsi ilə bağlı uduşlu (o cümlədən siqaret qutularının və hissələrinin yığılması ilə) oyunların, o cümlədən stimullaşdırıcı lotereyaların keçirilməsi
-Tütün istehsalı və satışı ilə məşğul olan şəxslər tərəfindən istehsal edilən və ya satışa çıxarılan tütün məmulatlarının istehlakçılara hədiyyə və ya yardım kimi paylanmasına yol verilmir.
Xəbər lenti
0