Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Tarix və mədəniyyət abidələrinin adından istifadəni məhdudlaşdıran layihə təqdim olunub

© AFP 2023 / BRENDAN SMIALOWSKIİmza
İmza - Sputnik Azərbaycan, 1920, 26.01.2022
Abunə olmaq
MM-ə tarix və mədəniyyət abidələrinin adından istifadəni məhdudlaşdıran layihə təqdim olunub.
BAKI, 26 yanvar — Sputnik. Milli Məclisə tarix və mədəniyyət abidələrinin, habelə, mənəvi əhəmiyyətə malik yerlərin adları və rəmzlərdən istifadə qaydalarını və bu qaydaların pozulmasına görə inzibati məsuliyyəti nəzərdə tutan qanun layihəsi təqdim olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-ya açıqlamasında qanun layihəsinin müəllifi, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bildirib.
Layihəyə əsasən, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna "Tarix və mədəniyyət abidələri, habelə, mənəvi əhəmiyyətə malik yer adları və rəmzlərdən istifadə" adlı 19-1-ci, İnzibati Xətalar Məcəlləsinə isə "Tarix və mədəniyyət abidələrinin, habelə, mənəvi əhəmiyyətə malik yerlərin adları və rəmzlərdən icazəsiz istifadə" adlı 516-2-ci maddənin əlavə edilməsi təklif edilib.
Dəyişiklik tarix və mədəniyyət abidələrinin, habelə, mənəvi əhəmiyyətə malik yerlərin adları və rəmzlərdən istifadə qaydalarını və bu qaydaların pozulmasına görə inzibati məsuliyyəti (cərimə və həbs) nəzərdə tutur.
Qeyd edək ki, deputat Soçidə son "Şuşa"-"Buta" olayı, tarixi və mədəni abidələr, o cümlədən yer adlarının istifadəsi ilə bağlı ciddi boşluqların olması səbəbindən belə bir layihənin hazırlanmasını vacib sayıb:
"Hər hansı abidənin, yaxud mənəvi əhəmiyyətə malik yurd yerimizin adını istənilən şəxs istənilən obyektə, birliyə, komandaya verə, yaxud layiqsiz formada istifadə edə bilər və bizim də faktiki olaraq bu prosesə birbaşa nəzarət mexanizmimiz yoxdur.
Tarixi mədəni abidələrin, o cümlədən uğrunda qan tökülən, can qoyulan hər hansı kənd, qəsəbə və şəhərimizin adından istifadə edilməsi məsələsini tənzimləyə bilərik. Əgər biz İnzibati Xətalar Məcəlləsində hətta əmtəə nişanlarından qanunsuz istifadəyə görə məsuliyyət müəyyən ediriksə, bu məsələdə niyə normativ tənzimləmə tətbiq etməyək? Təbii ki, təqdim etdiyim layihənin qiymətləndirilməsi və qəbul edilib-edilməməsi artıq Milli Məclisin səlahiyyətində olacaq".
Xəbər lenti
0