https://sputnik.az/20220126/oyuncaq-tapanca-ile-muellimi-doyen-polis-idaresine-aparildi-438512624.html
Oyuncaq tapança ilə müəllimi döyən polis idarəsinə aparıldı
Oyuncaq tapança ilə müəllimi döyən polis idarəsinə aparıldı
Sputnik Azərbaycan
Müəllimi silahla hədələyərək döyüb, videogörüntüsünü yayan şəxsi polis saxlayıb. 26.01.2022, Sputnik Azərbaycan
2022-01-26T12:47+0400
2022-01-26T12:47+0400
2022-01-26T12:47+0400
tapança
hadisə
oyuncaq
döyülmə
https://cdnn1.img.sputnik.az/img/40827/68/408276877_0:276:2457:1658_1920x0_80_0_0_7d36c3dd77d5ca2ef9021bba7269bb5e.jpg
BAKI, 26 yanvar — Sputnik. Bakıda müəllimi döyən şəxsdən oyuncaq tapança götürülüb.Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə yanvarın 24-də rayon ərazisində yaşayan F.Hüseynovun evinə gələn şəxsin xuliqanlıq zəminində onu silahla hədələyərək döyməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə və videogörüntüsünü sosial şəbəkədə yaymaqda şübhəli bilinən Ağdaş rayon sakini F.Əfəndizadə qısa müddətdə müəyyən edilərək saxlanılıb.Ondan hadisəni törədərkən istifadə etdiyi oyuncaq tapança da götürülüb. Araşdırma aparılır.Qeyd edək ki, DİN oyuncaq silahları üzərində gəzdirənlərə xəbərdarlıq etmişdi. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirmişdi ki, oyuncaq silah əşyaları ilə bağlı hansısa qadağa yoxdur. Ancaq oyuncaq silahı alıb onu ictimai yerlərdə, beldə, avtomobilin görünən yerində gəzdirilməsi və saxlanılması ilə bağlı polis orqanlarına vətəndaşlardan məlumatlar daxil olur. Araşdırıb dəvət edəndə isə həmin şəxs cavab verir ki, "oyuncaqdır, elə-belə gəzdirirəm"."Bu, "elə-belə" gəzdirmə əməlinin adı nədir? Cavab verməkdə aciz qalır. Təbii ki, bu, bizə məlumdur, onu niyə və səbəbə gəzdirir. "Həmin şəxslərin diqqətinə çatdırın - bu, hansısa ictimai təhlükəli əmələ rəvac verə, yaxud kiminsə qorxmasına, həyacanlanmasına, stress keçirməsinə səbəb ola bilər", - şöbə rəisi vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40827/68/408276877_0:0:2211:1658_1920x0_80_0_0_1f606e9b4127b9b91ad2816b0496d8f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
oyuncaq tapança ilə müəllimi döyən polis idarəsinə aparıldı
oyuncaq tapança ilə müəllimi döyən polis idarəsinə aparıldı
Oyuncaq tapança ilə müəllimi döyən polis idarəsinə aparıldı
Müəllimi silahla hədələyərək döyüb, videogörüntüsünü yayan şəxsi polis saxlayıb.
BAKI, 26 yanvar — Sputnik. Bakıda müəllimi döyən şəxsdən oyuncaq tapança götürülüb.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə yanvarın 24-də rayon ərazisində yaşayan F.Hüseynovun evinə gələn şəxsin xuliqanlıq zəminində onu silahla hədələyərək döyməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə və videogörüntüsünü sosial şəbəkədə yaymaqda şübhəli bilinən Ağdaş rayon sakini F.Əfəndizadə qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Ondan hadisəni törədərkən istifadə etdiyi oyuncaq tapança da götürülüb. Araşdırma aparılır.
Qeyd edək ki, DİN oyuncaq silahları üzərində gəzdirənlərə xəbərdarlıq etmişdi. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirmişdi ki, oyuncaq silah əşyaları ilə bağlı hansısa qadağa yoxdur. Ancaq oyuncaq silahı alıb onu ictimai yerlərdə, beldə, avtomobilin görünən yerində gəzdirilməsi və saxlanılması ilə bağlı polis orqanlarına vətəndaşlardan məlumatlar daxil olur. Araşdırıb dəvət edəndə isə həmin şəxs cavab verir ki, "oyuncaqdır, elə-belə gəzdirirəm".
"Bu, "elə-belə" gəzdirmə əməlinin adı nədir? Cavab verməkdə aciz qalır. Təbii ki, bu, bizə məlumdur, onu niyə və səbəbə gəzdirir. "Həmin şəxslərin diqqətinə çatdırın - bu, hansısa ictimai təhlükəli əmələ rəvac verə, yaxud kiminsə qorxmasına, həyacanlanmasına, stress keçirməsinə səbəb ola bilər", - şöbə rəisi vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.