https://sputnik.az/20220126/hava-limaninda-qalan-sernisinler-stanbul-baki-reysi-ile-yola-salindi---azal-438536937.html
Hava limanında qalan sərnişinlər İstanbul-Bakı reysi ilə yola salındı - AZAL
Hava limanında qalan sərnişinlər İstanbul-Bakı reysi ilə yola salındı - AZAL
Sputnik Azərbaycan
İstanbul-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərinin sərnişinləri də eyni təyyarə ilə Bakıya qayıdacaqlar. 26.01.2022, Sputnik Azərbaycan
2022-01-26T17:37+0400
2022-01-26T17:37+0400
2022-01-26T17:37+0400
azərbaycan xəbərləri
azal
azal uçuşlar
istanbul
"azərbaycan hava yolları" qsc-nin (azal)
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438223012_0:67:1280:787_1920x0_80_0_0_f2d3893298be2d3bc7f9774685613700.jpg
BAKI, 26 yanvar - Sputnik. "Azərbaycan Hava Yolları" QSC-nin Bakı-İstanbul marşrutu üzrə təxirə salınmış hər 3 reysinin sərnişinləri təyinat hava limanına ən böyük geniş füzelyajlı təyyarə olan "Airbus A340" ilə yola salınıb.Bu barədə AZAL məlumat yayıb. Məlumata görə, İstanbul-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərinin sərnişinləri də eyni təyyarə ilə Bakıya qayıdacaqlar.Xatırladaq ki, güclü qar yağması səbəbindən İstanbul hava limanı fəaliyyətini dayandırıb, AZAL-ın bir neçə reysi gecikib və təxirə salınıb.***Güclü qar səbəbindən İstanbul hava limanının bağlanması AZAL-ın Bakı-İstanbul və İstanbul-Bakı (24 və 25 yanvar) reyslərinin gecikməsinə səbəb olub.AZAL-ın ötən gün yaydığı açıqlamaya görə, sözügedən uçuşlar İstanbul hava limanı ilə razılaşdırılaraq həyata keçiriləcək. Belə ki, hazırda Bakıdan iki reysin uçuşu gecikir. Bu reyslərin sərnişinlərinin bu gün axşam saatlarında İstanbula daşınması planlaşdırılır. Uçuş, aviaşirkətin ən böyük geniş füzelyajlı təyyarəsi olan "Airbus A340"-da yerinə yetiriləcək.Həmçinin, bu gün - günün ikinci yarısında və axşam saatlarında - İstanbul hava limanından Bakıya iki reysin yerinə yetirilməsi planlaşdırılır.Gələn sərnişinlərdən İstanbul hava limanında "Azərbaycan Hava Yolları"nın ofisinə müraciət etmələri xahiş olunur. Sərnişinlər İstanbul-Bakı marşrutu üzrə ən yaxın reysə qeydiyyata alınacaqlar.Sözügedən reyslərin sərnişinləri yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzində, AZAL-ın İstanbul nümayəndəliyində və ya KİV vasitəsilə əldə edə bilərlər.Həmçinin oxuyun:İstanbul hava limanı qapadıldı, Yunanıstan qeyri-iş günü elan etdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438223012_72:0:1209:853_1920x0_80_0_0_2f9b33fe60bf73a4913689801477cfd5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
istanbulda qara düşən sərnişinlər bakıya göndərildi
istanbulda qara düşən sərnişinlər bakıya göndərildi
Hava limanında qalan sərnişinlər İstanbul-Bakı reysi ilə yola salındı - AZAL
İstanbul-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərinin sərnişinləri də eyni təyyarə ilə Bakıya qayıdacaqlar.
BAKI, 26 yanvar - Sputnik. "Azərbaycan Hava Yolları" QSC-nin Bakı-İstanbul marşrutu üzrə təxirə salınmış hər 3 reysinin sərnişinləri təyinat hava limanına ən böyük geniş füzelyajlı təyyarə olan "Airbus A340" ilə yola salınıb.
Bu barədə AZAL məlumat yayıb. Məlumata görə, İstanbul-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərinin sərnişinləri də eyni təyyarə ilə Bakıya qayıdacaqlar.
Xatırladaq ki, güclü qar yağması səbəbindən İstanbul hava limanı fəaliyyətini dayandırıb, AZAL-ın bir neçə reysi gecikib və təxirə salınıb.
Güclü qar səbəbindən İstanbul hava limanının bağlanması AZAL-ın Bakı-İstanbul və İstanbul-Bakı (24 və 25 yanvar) reyslərinin gecikməsinə səbəb olub.
AZAL-ın ötən gün yaydığı açıqlamaya görə, sözügedən uçuşlar İstanbul hava limanı ilə razılaşdırılaraq həyata keçiriləcək. Belə ki, hazırda Bakıdan iki reysin uçuşu gecikir. Bu reyslərin sərnişinlərinin bu gün axşam saatlarında İstanbula daşınması planlaşdırılır. Uçuş, aviaşirkətin ən böyük geniş füzelyajlı təyyarəsi olan "Airbus A340"-da yerinə yetiriləcək.
Həmçinin, bu gün - günün ikinci yarısında və axşam saatlarında - İstanbul hava limanından Bakıya iki reysin yerinə yetirilməsi planlaşdırılır.
Gələn sərnişinlərdən İstanbul hava limanında "Azərbaycan Hava Yolları"nın ofisinə müraciət etmələri xahiş olunur. Sərnişinlər İstanbul-Bakı marşrutu üzrə ən yaxın reysə qeydiyyata alınacaqlar.
Sözügedən reyslərin sərnişinləri yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzində, AZAL-ın İstanbul nümayəndəliyində və ya KİV vasitəsilə əldə edə bilərlər.