Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

DSMF-nin Şəki şöbəsində yanğını kim törədib? Polis onu Yevlaxda saxladı

© Sputnik / Murad OrujovFHN yanğınsöndürən avtomobili, arxiv şəkli
FHN yanğınsöndürən avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.01.2022
Abunə olmaq
Yanğını törədən şəxs 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi Murad Əhmədov imiş.
BAKI, 26 yanvar — Sputnik. Dünən günorta saatlarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Şəki şəhər Şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə naməlum şəxs tərəfindən benzin tökülərək az bir hissəsinin yandırılması ilə bağlı polis şöbəsinə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Sputnik Azərbaycan-a bildirib.
O qeyd edib ki, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəhər sakini saxlanılıb.
O, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi Murad Əhmədovdur.
Polis m.Əhmədovu Yevlax rayonu ərazisində saxlayaraq şöbəyə gətirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbər lenti
0