Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Cəlilabadda orta məktəbin döşəməsi və tavanı çöküb

© Sputnik / Ilham MustafayevSinif otağı, arxiv şəkli
Sinif otağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.01.2022
Abunə olmaq
Musalı kənd tam orta məktəbi 1969-cu ildə palçıq və taxta konstruksiyalardan tikilib. Bu vaxta qədər heç bir əsaslı təmir işləri aparılmayıb.
BAKI, 26 yanvar — Sputnik. Cəlilabad rayonunun Musalı kənd tam orta məktəbinin döşəməsi və tavanı çöküb. Sputnik Azərbaycan xəbər verir ki, valideynlər bu səbəbdən övladlarını məktəbə göndərmirlər.
Valideynlərin sözlərinə görə, bundan başqa məktəbdə istilik də yoxdur: "Məktəbdə 196 şagird təlim-tərbiyə alır. Lakin məktəbin binasının qəzalı vəziyyətdə olması səbəbindən 1-4-ci sinif şagirdləri bu məktəbə gəlir.
Digər 5-11-ci sinif şagirdləri isə qonşu Zəhmətabad kənd orta məktəbinə gedirlər. Məktəb tikiləndən bəri bir dəfə də olsun burada təmir işləri aparılmayıb".
Məsələ ilə bağlı Cəlilabad Rayon Təhsil Şöbəsindən "Report"un yerli bürosuna bildirilib ki, məktəbin vəziyyəti ilə bağlı aidiyyəti orqanlara məlumat verilib: "Yaxın vaxtlarda yeni məktəb binası tikiləcək".
Qeyd edək ki, Musalı kənd tam orta məktəbi 1969-cu ildə palçıq və taxta konstruksiyalardan tikilib. Bu vaxta qədər heç bir əsaslı təmir işləri aparılmayıb.
Həmçinin oxuyun:
Tanınmış qədim məktəb bərbad vəziyyətdədir
İstismar müddəti bitmiş məktəb binaları təmir olunmayacaq
Xəbər lenti
0